Qara taclı pittasoma (Pittasoma michleri) - Conopophagidae fəsiləsinə aid quş növü. Kolumbiya, Kosta-Rika və Panamada rast gəlinir. Onun təbii yaşayış yeri subtropik və ya tropik rütubətli dağətəyi meşələrdir.
Taksonomiya və sistematika
Qara taclı pittasoma Pittasoma cinsindəki iki növdən biridir. Onlar Qarışqayeyən fəsiləsində (Grallaridae) deyillər. Əvvəlcə Qarışqaquşu fəsiləsinə (Formicariidae) daxil edilmişdi. Lakin qarışqaquşlarından ayrıldıqdan sonra qarışqayeyən fəsiləsinə daxil edilmişdir. DNT sübutlarına əsasən, onlar yenidən təsnif edilmiş və Conopophagidae fəsiləsinə yerləşdirilmişdir. Bu yerləşdirmə morfologiya, vokalizasiyalar və təbii tarixindəki xüsusiyyətlərlə daha da dəstəklənir.
"Pittasoma" cins adı "Pitta" cinsindən və "bədən" mənasını verən və yunan sözü olan "soma"-dan gəlir. Xüsusi ad briqada generalı Nazaniel Miçlerin şərəfinə verilmişdir. Qara taclı pittasoma üçün alternativ adlar "qara taclı antpitta" və ya "qara taclı qnatpitta"dır.
Həmçinin bax
İstinadlar
Mənbə
Xarici keçidlər
Kateqoriya:1860-cı ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Conopophagidae