Rozalin Baksandall (; ) — Amerikan qadın haqları üzrə tarixçi və feminist aktivist.
Həyatı və təhsili Baksandall 12 iyun 1939-cu ildə Nyu-York şəhərində anadan olmuşdur. Onun atası, Lyuis Fraad, Bronks Bələdiyyə Xəstəxanasının Pediatriya şöbəsinin müdiri və Albert Eynşteyn Tibb Məktəbinin köməkçi dekanı idi. Anası, İrma London Fraad, Bruklin Muzeyində Yaxın Şərq İncəsənəti üzrə kurator kimi çalışırdı. Onun iki bacısı var idi: Harriyet Fraad Volf (1941-ci il təvəllüdlü) və Culi Fraad (1948-ci il təvəllüdlü).
Baksandallın ana tərəfdən ulu dayısı Meyer London, 1915-ci ildə Sosialist Partiyasının namizədi olaraq ABŞ Konqresinə seçilmişdi. O, ABŞ-ın Birinci Dünya Müharibəsinə girişinə qarşı çıxan 50 konqresmendən və 6 senatorundan biri idi. Rozalinin əmisi, əmək hüquqları üzrə vəkil olan Yefrem London, tanınmış vətəndaş azadlıqları müdafiəçisi və hüquqşünas idi.
Rozalin, Riverdeyl Kantri daha sonra Hanter orta məktəbində təhsil almışdır və 1957-ci ildə məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra Smit Kollecində bir il təhsil almışdır, daha sonra Viskonsin-Medison Universitetinə keçərək 1961-ci ildə fransız dili ixtisası üzrə məzun olmuşdur. Universitetdə oxuyarkən mənzil məsələsində irqi inteqrasiya uğrunda mübarizədə fəal iştirak edib.
Şəxsi həyatı Rozalin, Viskonsin Universitetində Li Baksandall ilə tanış olmuş və 1962-ci ildə evlənmişdir. Cütlük 1978-ci ildə boşanmışdır. Onların bir oğlu var – Fines Baksandall.
Madisondan ayrıldıqdan sonra, Rozalin və Li Almaniya, Macarıstan və Polşada bir müddət yaşadılar. Li burada radikal teatr və Avropa marksizmi ilə məşğul olurdu. Onlar Sovet sisteminin alternativ təklif etmədiyini anlayaraq ABŞ-a qayıtdılar. Rozalin, Kolumbiya Universitetinin Sosial İşlər Məktəbinə daxil olmuş və magistr dərəcəsi almışdır.
Onun ana tərəfdən qohumu Şeyla Maykls da tanınmış feminist idi. Lakin, Yefrem London onu qızı kimi heç vaxt açıq şəkildə tanımamışdır.
Ölümü 2015-ci ildə Baksandalla böyrək xərçəngi diaqnozu qaoyulmuşdur. O, xəstəxanadan çıxaraq yüz nəfərlik bir vida mərasimi təşkil etmişdir. Rozalin Baksandall 13 oktyabr 2015-ci ildə Nyu-Yorkdakı evində vəfat etmişdir.
Feminist fəaliyyəti Baksandall, 1961-ci ildə Frensis Foks Piven və Riçard Klovard tərəfindən Nyu-Yorkun Aşağı Şərq tərəfində yaradılmış Mobilization for Youth (Gənclərin Səfərbərliyi) təşkilatında işləməyə başlayıb. O, burada gənclər üçün qruplar təşkil edib və uşaq baxçası açıb. Fransız dilində olan məqalələri "Liberation" və "Viet Report" kimi Yeni Sol jurnalları üçün tərcümə edib. Nyu-York şəhərində qadın azadlığı hərəkatının ilk liderlərindən biri olaraq, Baksandall 1967-ci ildə yaradılan "New York Radical Women" (Nyu-York Radikal Qadınlar) təşkilatının qurucu üzvlərindən biri idi. Bu təşkilat "Notes from the First Year" (Birinci İldən Qeydlər) və "Notes from the Second Year" (İkinci İldən Qeydlər) kimi tanınmış nəşrləri çap edib. O, 1969-cu ildə qurulan "Redstockings", "WITCH" ("Women's International Terrorist Conspiracy from Hell" – "Cəhənnəmdən Beynəlxalq Qadın Terrorist Sui-qəsdi"), "No More Nice Girls" və "CARASA" (Abort Hüquqları və Sterilizasiya İstismarına Qarşı Koalisiya) kimi feminist təşkilatlarının da üzvü olub.
Baksandall, həmçinin şərqi sahildəki "Marxist Feminist Group #1" (Marksist Feminist Qrupu №1) adlı sosialist feminizmi üzrə akademik müzakirə qrupunun üzvü idi. Oğlu dünyaya gəldikdən sonra, Baksandall və digər valideynlər "Liberation Nursery" adlı kooperativ uşaq bağçasını təsis etdilər. 1968-ci ildə Baksandall, feministlər Keyt Millett, Anselma Del'Olio və Jaki Sebalos ilə birlikdə milli yayımlanan Devid Sasskind şousuna çıxış etmişdir. 1969-cu ildə Vaşinqton Meydanı Metodist Kilsəsində keçirilən tarixi abort müzakirəsində ilk çıxış edən şəxs olmuşdur.
Karyerası Baksandall, Nyu-York Şəhər Universitetinin (CUNY) Queens Kollecində Qadın Araşdırmaları üzrə dərs deyib. 1971-ci ildən etibarən Nyu-York Dövlət Universitetinin Old Uestberi kampusunda (SUNY) Amerika Araşdırmaları üzrə müəllim kimi fəaliyyət göstərib. 1990-cı ildə tam professor dərəcəsinə yüksəlib. 2004-cü ildə ona Fərqlənmiş Müəllim Professiyası () adı verilib. 2012-ci ildə təqaüdə çıxıb. Onun təqaüdə çıxması münasibətilə, Rozalin Baksandall və Barbara Cozef adına təqaüd təsis edilmişdir.
Təqaüdə çıxdıqdan sonra Baksandall, Nyu York Şəhər Universitetinin Əmək Araşdırmaları Proqramında və Manhettendə yerləşən Beyvyu İstintaq Təcridxanası qadın həbsxanasında dərs demişdir. Rozalin, qadın azadlığı, qadın haqları tarixi və radikal aktivist hərəkatları mövzularında tez-tez məruzələr oxuyub. Xüsusilə son illərində, fələstinlilərin hüquqlarının müdafiəçisi kimi çıxış edirdi və bu mövzuda İsrail-Fələstin münaqişəsini əhatə edən filmlərin antologiyasını redaktə etmişdir.
Rozalin, "The Nation" jurnalında Linda Qordon ilə birlikdə "Second-Wave Soundings" və "Feminist Studies" jurnalında "Re-Visioning the Women's Liberation Movement's Narrative: Early Second Wave African American Feminists" kimi məqalələr yazmışdır. O, həmçinin "Women and Abortion: The Body as Battleground" adlı broşürün müəllifidir.
Nəşrkəri Kitabları
(revised ed. 1995)
Onun işi bir sıra antologiyalarda yer alıb:
A Companion to American Women's History (Amerika Qadın Tarixinə Bələdçi) Red Diapers: Growing Up in the Communist Left (Qırmızı Bezlər: Kommunist Solda Böyümək) Technology, the Labor Process, and the Working Class: Essays (Texnologiya, Əmək Prosesi və İşçi Sinfi: Esselər) Encyclopedia of the American Left (Amerika Left Ensiklopediyası) O, Clara Zetkinin yeni əsərlər toplusuna giriş yazmışdır: Clara Zetkin: Selected Writings (Clara Zetkin: Seçilmiş Yazılar).
Rozalin, 2005-ci ildə Cillian Oldriç və Ceniffer Baumqardner tərəfindən çəkilmiş I Had An Abortion (Mən Abort Etmişəm) adlı sənədli filmdə müsahibə verib.
Onun qadın azadlığı hərəkatı ilə bağlı sənədlərinin bir hissəsi Dyuk Universitetinin Kitabxanasında saxlanılır. Linda Gordon ilə əməkdaşlığına dair materiallar Nyu-York Universitetinin Tamiment Kitabxanası və Robert Vaqner Əmək Arxivində yerləşdirilib. Onun məktubları, müsahibələri və digər arxiv materialları Harvard Universitetinin Redkliff Kitabxanasında qorunur.
İstinadlar
Xarici keçidlər Rosalyn Baxandall, Social Archive Tully-Crenshaw Feminist Oral History Project Records, 1961-2001. MC 548. Schlesinger Library, Radcliffe Institute, Harvard University, Cambridge, Mass. Papers of Rosalyn Baxandall, 1933-2015: A Finding Aid. Schlesinger Library, Radcliffe Institute, Harvard University.
Kateqoriya:Feminizm ilə əlaqəli insanlar