Enn Qarri (; ) — amerikalı feminist filosof. Enn Qarri Kaliforniya Dövlət Universitetinin (Los-Anceles) fəlsəfə üzrə emeritus professorudur.CSULA-da çalışarkən Qarri Cinsiyyətlərin Tədqiqi Mərkəzinin () təsisçi direktoru olmuş və Fəlsəfə Departamentinin sədri vəzifəsini bir neçə dəfə icra etmişdir. O, həmçinin müxtəlif universitetlərdə qonaq professor kimi fəaliyyət göstərmiş, o cümlədən Vaterloo Universitetində Feminist Fəlsəfə üzrə Hamfri kafedrasında çalışmış və Tokio Universiteti ilə Budapeştdəki Eötvöş Lorand Universitetində Fulbrayt mühazirəçisi olmuşdur. Enn artıq tam ştatlı müəllimliklə məşğul olmasa da, hələ də magistratura tələbələri ilə işləməyə davam edir.

Həyatı Təhsili və karyerası Qarri 1965-ci ildə Monmut Kollecindən bakalavr dərəcəsini magna cum laude (ali fərqlənmə) ilə bitirmişdir. 1966-cı ildə Çikaqo Universitetində magistr dərəcəsini, 1970-ci ildə isə Merilend Universitetində fəlsəfə üzrə doktorluq dərəcəsini almışdır. Onun dissertasiyası vizuallaşdırma mövzusuna həsr olunmuşdur. Qarri 1969-cu ildə CSULA-da fəlsəfə üzrə assistent professor vəzifəsinə qəbul olunmuş, 1977-ci ildə dosent, 1983-cü ildə isə tam professor vəzifəsinə yüksəlmişdir. Enn, hazırda emeritus professordur. CSULA-da çalışdığı müddətdə bir neçə dəfə Fəlsəfə Departamentinin sədri vəzifəsini icra etmişdir.

Bundan əlavə, Qarri UCLA və Cənubi Kaliforniya Universitetində (USC) dəvətli professor vəzifələrində çalışmışdır. Enn, 1977-ci ildə UCLA-da qonaq assistent professor, 1978 və 1979-cu illərdə USC-də qonaq dosent professor, 1988-ci ildə isə USC-də qonaq tam professor olmuşdur. Bundan başqa, UCLA-da səkkiz semestr ərzində qonaq professor kimi fəaliyyət göstərmişdir.

Qarri, həmçinin, feminist fəlsəfə sahəsinə əhəmiyyətli töhfələr vermişdir. Enn, Hypatia: A Journal of Feminist Philosophy jurnalının təsisçilərindən biri və Feminist Fəlsəfə üzrə Qərb Bölməsinin () qurucularından biridir. Enn, həmçinin Stenford fəlsəfə ensiklopediyası və PhilPapers üçün feminist fəlsəfə ilə bağlı mövzularda redaktorluq edir.

Araşdırma sahələri Enn Qarri aspirantura təhsilini analitik fəlsəfənin yüksəliş dövründə almışdır və onun ilkin tədqiqat maraqları epistemologiya, analitik metafizika və dil fəlsəfəsi kimi mövzuları əhatə edirdi. Lakin Yeni Sol və qadın hərəkatının akademiyaya təsiri ilə Enn Qarrinin tədqiqat maraqları feminist nəzəriyyəyə və ənənəvi fəlsəfəni feminist perspektivdən yenidən nəzərdən keçirməyə yönəldi.

Hazırda onun əsas maraq sahəsi interseksionallıqdır — yəni, müxtəlif təzyiq və imtiyaz sistemlərinin bir-biri ilə necə əlaqəli olduğunu və bir-birini necə formalaşdırdığını araşdırmaq. O, feminist fəlsəfənin ilkin inkişaf dövründə aparıcı rola malik olmuş, feminist fəlsəfə üzrə ilk kursları hazırlamış və feminist baxışları digər fəlsəfi sahələrə inteqrasiya etməyə çalışmışdır. Enn Qarri, həmçinin, pornoqrafiyanın gender əsaslı zorakılığa səbəb olub-olmadığını sorğulayan ilk filosoflardan biri olmuşdur.

Nəşrləri Qarri "Women, Knowledge, and Reality: Explorations in Feminist Philosophy" adlı antologiyanı redaktə etmişdir. Bu kitab, feminist filosofların ənənəvi fəlsəfə sahələrinə necə yanaşdığını, onları necə tənqid etdiyini və dəyişdirdiyini nümayiş etdirən 25 essedən ibarətdir. Kitabın bir neçə nəşri və rus dilinə tərcüməsi mövcuddur. O, həmçinin filosoflar Serene Xader və Alison Stoun ilə birlikdə "Routledge Companion to Feminist Philosophy" (2017) adlı əsəri yazmışdır. Bundan əlavə, feminist fəlsəfə, interseksionallıq, fəlsəfi və feminist metodlar, eləcə də gender mövzusunda çoxsaylı kitab fəsilləri, akademik məqalələr və icmallar dərc etmişdir.

İstinadlar

Xarici keçidlər Ann Garry on PhilPapers Ann Garry on Academia

Kateqoriya:ABŞ feministləri Kateqoriya:XXI əsr ABŞ qadınları