Yerli feminizm () — dekolonizasiya, yerli suverenlik və yerli qadınların və onların ailələrinin insan hüquqlarına yönəlmiş interseksional bir feminist nəzəriyyə və praktika. Yerli qadınları ağdərili, patriarxal dəyərlərdən fərqli olaraq, yerli mədəniyyətin dəyərləri və prioritetləri çərçivəsində gücləndirməyi hədəfləyir. Bu baxımdan, Afrikalı-Amerikalı icmalarda qadınçılıq () ilə müqayisə oluna bilər.

Müasir yerli feminizm, yerli qadınların qarşılaşdığı problemləri prioritetləşdirən bir ictimai dünya görüşü kimi inkişaf edib. Soyqırım, kolonizasiya və irqi ayrı-seçkilikdən sağ çıxan nəsillər üçün prioritetlər əsas axın feminizmindən fərqlənə bilər. Əsas axın () feministləri yerli icmalardakı təcili problemləri tez-tez nəzərə almırlar. Yerli feminizm postkolonial feminizmlə əlaqəlidir, çünki kolonizasiyanın yerli xalqlara və onların torpaqlarına vurduğu dağıdıcı nəticələri qəbul edir və kolonial dövrdə qurulan zülm sistemlərinin sökülməsinin vacibliyini vurğulayır. Yerli feminizm, torpağa bağlılığı, torpaq hüquqları və ekoloji mübarizələri nəzərə alaraq eko-feminizmlə də müəyyən əlaqələrə malikdir. Ağ feminizmdən və digər əsas axın feminist cərəyanlarından fərqləndirilməsi vacibdir, çünki yerli qadınların həyat təcrübələri qeyri-yerli qadınların təcrübələrindən fərqlənir.

Yerli feminizm coğrafi bölgələrə görə fərqli adlarla tanınır:

ABŞ-da Yerli Amerika feminizmi (), Kanadada Birinci Millət () feminizmi, Avstraliyada Aborigen və Yerli Avstraliya feminizmi.

Bununla belə, "yerli feminizm" anlayışı qlobal olsa da, akademik mənbələrdə bu termin əsasən Şimali Amerikadakı yerli xalqlara (ABŞ-dakı Yerli Amerikalılar və Kanadadakı Birinci Millətlər, İnuitlər və Metislər – FNIM) istinad edərək istifadə olunur.

Kolonizasiyanın təsirləri Yerli cəmiyyətlərdə gender münasibətləri Kolonizasiya nəticəsində yerli xalqlar irqçi və patriarxal sistemə tabe edildi və onların əvvəlki iqtisadi, siyasi və mədəni sistemləri köklü şəkildə dəyişdirildi. Yerli qadınlara ənənəvi icmalarda verilən güc və status Avropalı müstəmləkəçilər üçün təhdid hesab edilirdi. Onlar "xenofobiya və yerli dini ayinlərə qarşı dərin qorxu" bəhanəsi ilə soyqırımı və assimilyasiya siyasətlərini həyata keçirdilər. Kolonizasiya, yerli icmalardakı gender münasibətlərini qadınların mənafeyinə zidd şəkildə dəyişdirdi.

Yerli qadınların siyasi və iqtisadi statusu Kolonizasiya nəticəsində yerli qadınlar öz cəmiyyətlərindəki siyasi və iqtisadi hakimiyyətlərini itirdilər. Ağ müstəmləkəçilər özləri ilə kapitalist iqtisadiyyat və xüsusi mülkiyyət ideyalarını gətirdilər ki, bu da yerli icmalarda gender münasibətlərini dəyişdirdi. Kanadadakı "Hindular Haqqında Qanun" ( buna misaldır. Bu qanun yerli qadınların statusunu kişilərdən aşağı hesab edirdi və yerli kimlik patrilineal qan xətti əsasında müəyyənləşdirildiyi üçün qadınlar hüquqi, siyasi və sosial güclərini əhəmiyyətli dərəcədə itirdilər. Kolonial sistemlər eyni zamanda heteropatriarxal dini ənənələri yayaraq yerli qadınları və "iki ruhlu" () insanları liderlikdən kənarlaşdırdı.

Ağ feminizm tənqidi Yerli feministlər, Qərb feminizminin kolonializmin gender aspektlərini tanımamasına və yerli qadınların qarşılaşdığı çoxsaylı zülmləri görməzdən gəlməsinə görə əsas axın feminizmindən uzaq dayanırlar. Əsas axın feministləri çox vaxt cinsiyyət əsaslı ayrı-seçkiliklə mübarizəni əsas prioritet hesab edirlər və yerlilik məsələlərini ikinci dərəcəli sayırlar. Avstraliyalı yerli feminist alim Moreton-Robinson yazır ki, ağ feministlər özlərini zülmə məruz qalanlar kimi görürlər, lakin başqalarına qarşı təzyiq göstərdiklərini qəbul etməkdən imtina edirlər. Bu səbəbdən, yerli feministlər "qadınların hüquqları"nı homogenləşdirməkdən çəkinirlər, çünki yerli qadınlar həm yerli olduqları, həm də qadın olduqları üçün spesifik zülmə məruz qalırlar. Ağ feministlər kolonializmdən faydalanıblar və bu miras hələ də mövcuddur, çünki onlar media, siyasət və feminizm diskurslarında dominant mövqeyə malikdirlər. Kanadalı yerli feminist Kerri Burassa qeyd edir ki, ağ feminizm kolonializm ilə bağlı tarixi narrativlərə sahib olduğu üçün yerli qadınların problemlərini əhatə etməkdə uğursuz olmuşdur. Ağ feministlər yerli insanları "digərləşdirmək" və "mədəniyyətlərini inkişaf etdirmək" üçün irqçilik, heteronormativlik və xristianlığı alət kimi istifadə ediblər.

Regionlara görə fərqlər Avstraliya Avstraliyada yerli feministlər yalnız qadınların azadlığı üçün deyil, bütün yerli icmanın azadlığı üçün mübarizə aparırlar. Onlar səhiyyə xidmətlərinin yaxşılaşdırılması, media və məhkəmə sistemində struktur irqçiliyin aradan qaldırılması, təhsil sistemində yerli dillərin qorunub saxlanılması üçün ikidilli təhsil sisteminin tətbiqi kimi məsələləri ön plana çəkirlər.

Meksika Meksikada yerli qadınlar əsas axın feminizmin ağ, orta sinif qadınlarına yönəlməsinə tənqidi yanaşırlar. Meksikalı feministlər siyasi baxımdan etnik və sosial qruplarına görə fərqli düşünə bilərlər. Meksikada 7 yerli qadından 10-u yoxsulluq, 3-ü isə həddindən artıq yoxsulluq içində yaşayır. Onlar cinsiyyət, sosial sinif və etnik mənsubiyyət baxımından ayrı-seçkiliyə məruz qalırlar.

Yerli Amerika feminizmi Yerli Amerika feminizmi də dekolozinasiyaya və yerli qadınların gücləndirilməsinə yönəlmişdir. Ən vacib mövzulardan biri "İtkin və Qətlə Yetirilmiş Yerli Qadınlar" (MMIW) böhranıdır.

İstinadlar

Ədəbiyyat Anderson, Kim. "Affirmations of an Indigenous Feminist." Indigenous Women and Feminism: Politics, Activism, Culture. Ed. Cheryl Suzack. Vancouver: UBC Press, 2010. 81.

Episkenew, Jo-Ann. Taking Back our Spirits: Indigenous Literature, Public Policy, and Healing. Winnipeg: University of Manitoba Press, 2009. Print. Hill Collins, Patricia. Black Feminist Thought: Knowledge, Consciousness, and the Politics of Empowerment. [New ed.] London: Routledge, 2009. Suzack, Cheryl, Shari M. Huhndorf, Jeanne Perreault, and Jean Barman, eds. Indigenous Women and Feminism: Politics, Activism, Culture. Vancouver: UBC Press, 2010. Mihesuah, Devon A., and Angela Cavender Wilson, eds. Indigenizing the Academy: Transforming Scholarship and Empowering Communities. Lincoln: University of Nebraska Press, 2004. Green, Joyce A. Ed. Making Space for Indigenous Feminism Black Point, N.S.: Fernwood Pub., 2007. Maracle, Lee. I Am Woman : A Native Perspective on Sociology and Feminism. Vancouver, B.C.: Press Gang, 1996. Anderson, Kim & Bonita Lawrence, eds. Strong Women Stories: Native Vision and Community Survival. Toronto: Sumach Press, 2006. Mihesuah, Devon A. Indigenous American Women: Decolonization, Empowerment, Activism. Lincoln: University of Nebraska Press, 2003. Mohanty, Chandra Talpade. Feminism Without Borders: Decolonizing Theory, Practicing Solidarity. London: Duke University Press, 2003. Razack, Sherene. Ed. Race, Space, and the Law: Unmapping a White Settler Society. Toronto: Between the Lines, 2002. Tovar-Restrepo, Marcela. “Climate Change and Indigenous Women in Columbia.” Case Study 5.6, Google Books, Accessed 15 Oct. 2023. Green, Donna, et al. “Disproportionate Burdens: The Multidimensional Impacts of Climate Change on the Health of Indigenous Australians.” The Medical Journal of Australia, The Medical Journal of Australia, 5 Jan. 2009.

Kateqoriya:Feminizm nəzəriyyəsi Kateqoriya:Feminizm Kateqoriya:Qadın hüquqları