Sona Əli qızı Hüseynova () — Ermənistan SSR Ali Sovetinin deputatı.
Həyatı 20 fevral 1925-ci ildə Dərələyəz mahalının Çivə kəndində doğulub. 1932-ci ildə Çivə kənd yeddi illk məktəbini 1939-cu ildə 7-ci sinfi fərqlənmə ilə bitirib.
Məktəbi bitirdikdən sonra, ailəsinə kömək məqsədilə sovxozda işləyib. Tütünçülük üzrə manqa başçısı kimi kimi 1950-ci ildə Ermənistan SSR Ali Sovetinə Mikoyan rayonunun Qovuşuq, Ağkənd, Ələyəz, Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları özlərinin seçkiqabağı yığıncaqlarında 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərilmişdir. 1951-ci il fevral ayının 29-da Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir.
1951-ci ilin sonlarında, Stalinin 4083 nömrəli məlum qərarı ilə, ailəsi ilə birlikdə Azərbaycanına deportasiya olunmuşdur. Bərdə rayonunun İmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıtmışdır. Bir müddət Çivə kəndində işlədikdən sonra, 1976-cı ildə Azərbaycanına qayıdır. 1979-cu ildə Gəncə şəhərində məskunlaşırlar.
Sonralar İmirli kəndinə qayıtdı. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi var.
Sona Hüseynova 2 avqust 2025-ci ildə vəfat etdi.
İstinadlar
Kateqoriya:Ermənistan SSR Ali Sovetinin deputatları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Yeğeqnadzor rayonunda doğulanlar