Məmməd Abdullayev () — taekvondo üzrə Azərbaycan milli komandasının keçmiş üzvü və hal-hazırkı baş məşqçisi.
Karyerası Məmməd Kamil oğlu Abdullayev 1994–2001-ci illər ərzində taekvondo üzrə Azərbaycan milli komandasında idmançı olaraq çıxış edib. 2003-cü ildə gənclərdən ibarət Azərbaycan milli yığma komandasının böyük məşqçisi təyin olunub. 2005-ci ildə isə ilk dəfə yaranmış yeniyetmələrdən ibarət milli komandaya baş məşqçi təyin olunub. 2005–2007-ci illərdə rəhbərlik etdiyi yeniyetmələrdən ibarət milli komanda (İtaliya-2005), (Macarıstan-2007) Avropa çempionu olmuşdur. 2012-ci ildə gənclərdən ibarət Azərbaycan millisinə baş məşqçi vəzifəsinə təyin olunub. 2014-cü ildə gənclərin dünya çempionatı və lisenziya (Çin Taypey-2014) turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc, eləcə də Gənclər Olimpiya oyunlarına (Nanjing-2014) 4 lisenziya qazanaraq dünyanın ən yaxşı məşqçisi secilmişdir. 2014-cü ildə rəhbərlik etdiyi Gənclər Olimpiya komandası Nanjing-2014 Gənclərin Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş medal qazanaraq Azərbaycan taekvondo tarixində ilk Olimpiya medalını qazanmış komanda kimi tarixə düşüb.
2012–2023-cü ildə rəhbərlik etdiyi gənclər milli yığması Avropa, dünya, Gənclərin Olimpiya Oyunlarının qalib və mükafatçısı olmuşdur. 2023-cü ildə böyüklərdən ibarət milli yığma komandanın baş məşqcisi təyin edilib. Rəhbərlik etdiyi milli yığma komandanın tərkibində Qaşım Maqomedov Paris-2024 Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
Mükafatları 2024-cü il ilin idman yekunlarına əsasən "İlin ən yaxşı kişi məşqçisi" secilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncanı ilə 3 dərəcəli Əmək ordeni ilə təltif olunub. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Taekvondo üzrə Azərbaycanın Əməkdar Məşqçisi
Həmçinin bax Azərbaycan Taekvondo Federasiyası
İstinadlar
Kateqoriya:Azərbaycan taekvondoçuları Kateqoriya:Azərbaycan idmançıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları