thumb|right|270 px|Karnavalda şeytan kostyumu thumb|right|270 px|Oruro karnavalında Diablada rəqsi Diablada və ya Danza de Diablos (; ) — adı rəqqasların geydiyi şeytan maskaları və kostyumlarından götürülən, And Altipadolarında oynanılan ənənəvi Cənubi Amerika rəqsi.
Xüsusilə XVII əsrdə İspaniyanın hakimiyyət orqanları ənənəvi dini rəqsləri qadağan etdikdən sonra, bu cür rəqslərin ifası xristian ayinləri adı altında davam etdirilirdi. Təsviri Əvvəlcə diblada "şeytanların rəqsi" () adlanırdı. Rəqsin özü indikindən qat-qat sadə ifa olunurdu. Müxtəlif adətlərin birləşdirilməsi prosesi 1789-cu ildən 1944-cü ilə qədər davam etdi, bu proses zamanı "Şeytan ekstrasiyası"ndan ibarət maskarad qrupu yarandı ki, bu qrup da "Diablada" adlandı.
Bu gün bu hərəkətlər çəhrayı şalvarda, ilan və əjdaha rəsmləri ilə işlənmiş məxmər papaqlarda, şəhər küçələrində gəzən buynuzlu, qabarıq gözlü, çıxıntılı dişli komik və qorxulu maskalarda "şeytan" rəqqaslarının uzun məsafədə hərəkət etdiyi parada bənzəyir. Parad tam 10 gün davam edir. Bütün küçələrdə maskarad geyimində insanlar gəzirlər. Bütün bu dəliliklər Arxanqel Mixaylen Lüsifer üzərində qələbəsi ilə nəticələnən teatr tamaşası və hər kəsin bir-birinə su "bombaları" atmağa başladığı "su döyüşü" ilə başa çatır. Yaranması Rəqs xeyr və şər qüvvələrin qarşıdurmasını əks etdirir və bir çox fərqli elementləri; həm İspan konkistadorlarının gətirdiyi ənənəvi katolik obyektləri, həm də And hindularının adətlərini birləşdirir. Burada söhbət ilk növbədə dini mərasimlərdən gedir, məsələn, Uru xalqının tanrısı Tivanın (onların bulaq, göl və çaylarının qoruyucusu), dağların tanrısı Tuo Supainin şərəfinə keçirilən Llama-Llama rəqsi, eləcə də Ançançuya həsr olunmuş Aymaran bulağı ritualı (mağaraların qorxulu digər iblis ruhu) və s.ReVista Boliviyada xristianlığın yayılmasından sonra hind kult personajlarının - Yerin anası Paçami və "dağların atası" Tuo Supainin obrazları Müqəddəs Məryəm və İblis fiqurlarına çevrildi.
Yayılması Rəqsin mənşəyi və və rəqsin Boliviya, Çili və Perudakı əsas festivalların önəmli parçası olması, bu ölkələrin tarixçiləri arasında əsas mübahisə mövzusudur. Bu rəqs And dağlarının əhalisi (Boliviyanın qərbi, Perunun cənubu, Argentina və Çilinin şimalı), eləcə də Argentina, ABŞ və Avstriyanın Boliviya diasporalarında geniş yayılmışdır. Diablada rəqsi əsasən Oruro karnavalında (Boliviya), Müqəddəs Kandelariasda (Peru), Argentinanın şimalındakı kiçik karnavallarda və Çilidəki Müqəddəs Tiranda rəqs edilir. Ekvadorda Diablada pillarena adlı xüsusi bir rəqs növü də var.
İstinadlar
Kateqoriya:Ənənəvi rəqslər Kateqoriya:Latın Amerikası mədəniyyəti Kateqoriya:Amerika mədəniyyəti