Sok Cu-son (; ) — Koreya ənənəvi geyimlərinin tədqiqatçısı və folklorşünas. Onun əsərləri arasında "Koreya geyim və ornament tarixçəsi" () adlı kitabı yer alır.
O, hanbokun (ənənəvi Koreya geyimi) tədqiqatının pioneri olmuş və ömrünü bu geyimin öyrənilməsinə həsr etmişdir. 1952-1958-ci illərdə Sudo Qadın Müəllimlər Kollecində, 1958-1976-cı illərdə isə Donqduk Qadın Universitetində professor vəzifəsində çalışmışdır. 1977-ci ildə Dankuk Universitetinin aspirantura proqramında professor kimi fəaliyyətə başlamışdır. 1981-ci ildə isə 3,365 şəxsi əşya və 3,000-ə yaxın kitabı universitetə bağışlayaraq Sok Cu-son Memorial Folklor Muzeyini təsis etmiş və onun direktoru olmuşdur.
Koreya geyim tarixçisi kimi, o, 15 avqust 1945-ci ildə Koreyanın müstəqillik qazanmasından sonra xalq irsini araşdırıb, toplamış və sistemləşdirmiş, beləliklə, ilk maddi və qeyri-maddi mədəni dəyərlərin qorunmasına töhfə vermişdir. Xüsusilə, o, Çoson dövrünün (orta və gec dövr) geyim və aksesuarlarının sistemləşdirilməsi və qorunmasında mühüm rol oynamışdır.
Sok Cu-son 3,300-dən çox əşyanı onun adına açılan Dankuk Universitetinin muzeyinə bağışlamışdır ki, bu da Koreya tarixi geyimlərinin qorunmasına və sərgilənməsinə imkan yaratmışdır. Sok Cu-son Memorial Folklor Muzeyi 1981-ci ildə qurulmuş və 1999-cu ildə Mərkəzi Muzey ilə birləşdirilərək Sok Cu-son Memorial Muzeyi adlandırılmışdır. Onun kolleksiyasına aid parçalar ABŞ-da nümayiş olunan Çoson sülaləsi sənətinə dair ilk genişmiqyaslı sərgidə – "Koreya Xəzinələri: Çoson Sülaləsinin Sənəti və Mədəniyyəti, 1392-1910" sərgisində təqdim olunmuşdur.
Sok Cu-sonun topladığı əşyalar arasında ənənəvi üsullarla əl ilə toxunmuş pambıq parçalar da var idi. Bu parçalar Cənubi Çolla-Namdo əyalətinin Naju şəhərindəki Saetqol kəndində yaşayan Kim Man-e tərəfindən toxunmuşdu. Kim Man-e 1969-cu ildə "Yaşayan İnsan Xəzinəsi" adına layiq görülmüş və toxuculuq bacarıqları ilə yanaşı, Sok Cu-sonnun araşdırmalarına verdiyi böyük töhfələrlə tanınmışdır.
İstinadlar
Kateqoriya:Folklorşünaslar