Zeynəb İlhami xanım (; ) — Kavalalı ailəsinin bir üzvü, Misir şahzadəsi.

29 dekabr 1859-cu ildə İstanbulda dünyaya gəldi. Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa, anası isə onun xanımlarından Çeşmiahu Qadınəfəndidir.Catalogue of the Abbas Hilmi II Papers. Durham University Library. 2020. p. 333 Ancaq ertəsi il atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.

1878-ci ildə Kavalalı İsmayıl Paşanın oğullarından Mahmud Həmdi Paşayla evləndirildi. Cütlüyün bu nigahdan bir qızı dünyaya gəlsə də, 1888-ci ildə boşandılar.

Münirə Həmdi (18 iyul 1884-18 noyabr 1944), 9 avqust 1901-ci ildə Misir Baş nazirlərindən Məhəmməd Tofiq Nasimlə evlənsə də, 12 mart 1924-cü ildə boşandılar.

17 may 1918-ci ildə Qahirədə vəfat etdi və Qahirədəki İmam Şafii türbəsi yaxınlığına dəfn olundu.

İstinadlar

Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri