— Serbiyanın "Radnik" klubunda oynayan Yaponiya futbolçusu. Hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir.

Klub karyerası Ryonosuke Ohori 10 yanvar 2001-ci ildə Yaponiyanın Hiroşima prefekturasında doğulmuşdur. "Sanfreççe Hiroşima" klubunun gənclər akademiyasında yetişmişdir. 2019-cu ildə U-18 Futbol Liqasının Şahzadə Takamado Kubokunun finalında komandasına qələbə gətirən qolu vurmuşdur.

Ohori 2019-cu ildə Portuqaliyanın "Portimonense" klubuna transfer olmuş və klubun U-23 komandasında çıxış etmişdir. "Portimonense"də forma şansı çox tapmadığı üçün 2020-ci ilin avqustunda Latviyanın "Dauqavpils" klubuna transfer olunmuş, cəmi 3 çempionat oyununda çıxış etmişdir. 2021-ci ildə "Hiroşima" klubuna keçmişdir. 2022–2023-cü illərdə Cənubi Koreyanın "Kyonnam" klubunda çıxış etmiş, cəmi 1 çempion oyununa çıxmışdır.

2024-cü ilin fevralında Litvanın "Transinvest" klubuna keçmişdir. Klubun heyətində 31 çempionat matçında 6 qol vurmuşdur. 2025-ci ilin yanvarında Azərbaycanın "Neftçi" klubu ilə 5 ay + 2 il müddətlik müqavilə imzalamışdır. Onun aylıq maaşı 10 min manat təşkil edir. Klubun heyətində ilk oyununu 5 fevral 2025-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"ə qarşı keçirmişdir. 2025/26 mövsümünün əvvəlində əvəzedici heyətə göndərilmişdir. 30 avqust 2025-ci ildə "Kəpəz" klubuna icarəyə verilmişdir.

Ohori 22 iyul 2026-cı ildə Serbiyanın "Radnik" klubuna keçmiş və klubla 3 illik müqavilə imzalamışdır.

Milli karyerası 2018-ci ildə Yaponiyanın U-17 milli futbol komandasında çıxış etmişdir.

İstinadlar

Kateqoriya:Yaponiya futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Yaponiya idmançıları