Beynəlxalq Elm Şurası — elmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş beynəlxalq qeyri-hökumət təşkilat. Şuranın üzvləri milli elmi təşkilatlar və Beynəlxalq Riyaziyyat İttifaqı, Beynəlxalq Astronomiya İttifaqı və Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı kimi beynəlxalq elmi birliklərdir.
Beynəlxalq Elm Şurası UNESKO-da müşahidəçidir.
Tarixi Şura 1931-ci ildə yaradılmışdır.
2018-ci ildə Beynəlxalq Sosial Elmlər Şurası ilə birləşdirildi. Bundan sonra A. T. İsmayılzadə Beynəlxalq Elmi Şuranın birinci baş katibi seçilmişdir.
Maliyyələşdirməsi Şuranın əsas maliyyə gəlir mənbələri UNESKO-nun çərçivə müqavilələri, habelə BMT-nin qrantları və müqavilələridir.
Missiya və prinsipləri Missiyası cəmiyyətin xeyrinə beynəlxalq elmi gücləndirmək, elm və cəmiyyət üçün əhəmiyyət kəsb edən əsas problemləri müəyyənləşdirib həll etmək, bütün fənnlər üzrə və bütün ölkələrdən olan alimlər arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq, həmçinin irqindən, vətəndaşlığından, dilindən, siyasi mövqeyindən və cinsindən asılı olmayaraq bütün alimlərin beynəlxalq elmi işlərdə iştirakını təşviq etmək, elmi ictimaiyyət və hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında konstruktiv dialoqu stimullaşdırmaq üçün müstəqil, nüfuzlu məsləhətlər verməyi təmin etməkdir.ISC's About Us web page , updated on 14 December 2011
Fəaliyyətləri üç sahəyə yönəldilib:
Beynəlxalq Tədqiqat əməkdaşlığı Siyasi elmlər Elm universallığı
Regional ofisləri Afrikada (Pretoriyada), Malaziyada (Kuala-Lumpurda), Latın Amerikasında və Şimali Amerikada (El Salvadorda) regional bölmələri var.
İstinadlar
Xarici keçidlər
ICSU ICSU at United Nations Международный совет по науке
Kateqoriya:Əlifba sırasına görə təşkilatlar Kateqoriya:Beynəlxalq elmi təşkilatlar Kateqoriya:Paris təşkilatları Kateqoriya:Beynəlxalq Elm Şurası Kateqoriya:Beynəlxalq peşəkar assosiasiyalar