Səlma bint Abdullah (; ) — IV İordaniya kralı II Abdullahın qızlarından biri.

2000-ci ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı II Abdullah, anası isə kraliça Raniyadır. İlk təhsilini Amman Beynəlxalq Akademiyasında alan Səlma bint Abdullah 2018-ci ildə məzun oldu və daha sonra ABŞ-a göndərildi. Burada Cənubi Kaliforniya Universitetində arxeologiya üzrə təhsil aldı və 2023-cü ildə məzun oldu.

2017-ci ilin iyulunda atasının rəsmi Fransa ziyarətində iştirak etdi.

Hərbi karyerası 2018-ci ildə Ammandakı Hərbi akademiyaya daxil oldu və bir neçə ay ərzində ilkin hərbi biliklər qazandı. 24 noyabr 2018-ci ildə keçirilən mərasimlə ikinci dərəcəli leytenant rütbəsiylə ordu sıralarına qatıldı. 2020-ci ildə İordaniya Silahlı Qüvvələrindəki ilk qadın jet pilotçusu olaraq qeydə alındı. 2023-cü ilin dekabrında birinci dərəcəli leytenant rütbəsinə yüksəldi.

İstinadlar