Aleksandr Georgiyeviç Kalyaninov (; ) — təyyarə pilotu, Azərbaycanın Milli Qəhrəmanı.
Həyatı Aleksandr Kalyaninov 11 dekabr 1992-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Uşaqlıqdan arzusu helikopter idarə edən atası kimi pilot olmaq idi. Atası Georgi Kalyaninov 2017-ci ildə vəfat edib.
Bakı Avropa Liseyinin fərqlənən şagirdlərindən biri olub. Keçmişdə aykido və boksla məşğul olurdu. Məktəb illərində həmyaşıdları arasında "ağıllı və yaraşıqlı" biri kimi tanınırdı. Milli Aviasiya Akademiyasına qəbul edilib. Orada 1 kurs oxuyub. Təhsilini daha sonra IZTECH-də davam etdirib. İngilis və fransız dillərini yaxşı səviyyədə bilirdi.
Kalyaninov 2021-ci ilin aprelində Ukrayna Dövlət Uçuş Akademiyasında (o zaman Ukrayna Milli Aviasiya Universiteti) oxuyarkən aviasiya nəqliyyatı üzrə magistr dərəcəsi alıb.
Anası Yelena (Lena) Kalyaninova "oğlunun cəmi bir ildir ki, işə başladığını və işini çox sevdiyini" deyib.
Ölümü
2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya istehsalı olan Pantsir-S1 zenit raket kompleksi ilə vurulmuşdur. Hava gəmisinin kapitanı İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılmışdır. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır.
Aleksandr Kalyaninov qəza nəticəsində həyatını itirmişdir. 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Xatirəsi thumb 2024-cü il Dekabr Qəhrəmanları: Azərbaycan hökuməti və Azərbaycan Hava Yolları tərəfindən Kşnyakin və komandasının xatirəsi xüsusi anım tədbirləri ilə yad edilmişdir. Aviasiya Muzeylərində Anım: Onun qəhrəmanlığı Azərbaycan Aviasiya Muzeyi və digər beynəlxalq aviasiya qurumlarında sərgilənəcəkdir. Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə onun adına veriləcək. Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adına azərbaycanlı tələbələr üçün xüsusi təqaüd təsis olunacaq. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev məlumat verib.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kalyaninov Aleksandr Georgiyeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
50px (29 dekabr 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İstinadlar
Kateqoriya:Azərbaycan pilotları Kateqoriya:Qazaxıstanda aviasiya qəzalarında və insidentlərində ölənlər Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Bakı şəxsləri Kateqoriya:2024-cü ildə aviasiya qəzaları və insidentləri Kateqoriya:Azərbaycan Hava Yollarının qəza və hadisələri