Dölün meqasistisi (sinonimi Meqalosistis) ultrasəs müayinəsi zamanı anormal dərəcədə böyük və ya şişmiş sidik kisəsinin görünməsidir. Bu hal, əsasən hamilə qadınlarda oliqohidramniosun olması ilə müşayiət olunur. Anadangəlmə posterior uretra qapağı sindromu olan şəxslərdə də bu vəziyyətə tez-tez rast gəlinir (57%). Meqasistis halların yarısından çoxu fetal ölümlə nəticələnir.
Etiologiyası
Döldə qeyri-obstruktiv meqasistisin səbəbləri aşağıdakı pozğunluqlar ola bilər:
Əsasən oğlanlara təsir edən, çox nadir rast gəlinən (4% hallarda) ölümcül qarın sindromu; qızlarda rast gəlinən , çox nadir görünən (1% hallarda) autosomal resessiv Burdon sindromu; adətən 13-cü, 18-ci və bəzən də 21-ci xromosomlarda rast gəlinən xromosomun trisomiyası ; vezikoureteral reflü; əvvəlcədən geniş uretra; neyrojenik meqasist.
Obstruktiv təbiətli Meqasistis digər pozğunluqlardan da qaynaqlana bilər:
anadangəlmə posterior uretra qapağı; uretranın daralması
Xromosom anomaliyalarından olan intrauterin meqakistisə çox nadir rast gəlinir. Hamiləliyin 10-14-cü həftələrində sidik kisəsinin uzunluğu 7-15 mm olan qadınlarda xromosom anomaliyalarının rast gəlinmə riski təxminən 25%, sidik kisəsinin uzunluğu 15 mm-dən çox olan qadınlarda isə təxminən 10%-dir. Uzunluğu 15 mm-dən çox olan meqakistis üçün əsas səbəb obstruktiv uropatiyadır. Səbəbləri məlum olmayan meqakistis hallarına da tez-tez rast gəlinir.
Diaqnostikası Xəstəliyin diaqnozu prenatal müayinələr zamanı ultrasəs vasitəsilə qoyulur. Birinci trimestrdə meqasistis sidik kisəsinin uzunluğunun ən azı 7 mm olması ilə müəyyən edilir. Sonrakı dövrlərdə isə hamiləlik həftələrinin sayının üzərinə 12mm gəlməklə müəyyən edilir. Hamiləlik zamanı uşaqlıqda suyun az olması da xəstəliyin əlamətlərində biri ola bilər.
Müalicəsi Uşaqlıq daxili obstruktiv meqakistis ağırlaşmaların olmadığı hallarda, hamiləlik dövründə aşağıdakı üsullardan istifadə etməklə müalicə edilə bilər:
sidiyi amniotik mayeyə axıtmaq üçün veziko-amniotik şuntun yaradılması; anadangəlmə uretra stenozu üçün sidik kanalına stent qoyulması; vezikostomiya - sidik drenajı üçün sidik kisəsi stomasının yaradılması; posterior uretra qapağının çıxarılması. Hal-hazırda, veziko-amniotik şuntun quraşdırılmasının bir sıra problemlərə görə qənaətbəxş nəticələrə səbəb olmadığı irəli sürülür. Meqakistisin səbəbi posterior uretra qapağıdırsa uterusda onun çıxarılması vaxtından əvvəl doğuşa və fetal itkiyə səbəb ola bilər. Vezikostomiya hamiləliyin 20-24 həftələri arasında aparılır və sidik sisteminin daha da genişlənməsinin qarşısını almaq üçün kifayət qədər sidik axınını təmin edir. Lakin əməliyyat zamanı dölün düşməsi riski də mövcuddur.
Uzunmüddətli sidik problemləri riskini azaltmaq üçün doğumdan dərhal sonra sidik drenaj kateteri qoyulması məsləhət görülür. Meqasistisin yaranma səbəbindən asılı olaraq əlavə müalicə üsullarından da istifadə oluna bilər. Oğlanlarda posterior uretra qapağına rast gəlinən hallarda həmin qapaq əməliyyat vasitəsi ilə çıxarılır.
İstinalar
Kateqoriya:Böyrək xəstəlikləri Kateqoriya:Nadir xəstəliklər Kateqoriya:İnsan xəstəlikləri və pozuntuları