thumb| Scotch markalı yapışqan lentinin köhnə paketi Skotç və ya yapışqanlı lent — məişətdə və istehsalatda istifadə olunan yapışqan örtüklü lenti. Bir qayda olaraq, xarici yapışmayan səthi olan bir rulon şəklində istehsal olunur. Obyektləri bir-birinə yapışdırmaq, həmçinin obyektlər üçün qoruyucu və ya dekorativ örtük təmin etmək üçün istifadə olunur.
Yapışqanlılılıq yapışan təbəqənin qalınlığından asılıdır (10-40 mikron); yapışqan akril və ya rezin ola bilər. Müxtəlif materiallardan hazırlanmış plyonkalara tətbiq olunur - folqa, kağız, polietilen plyonka, PVC plyonka və s.
Skotçun tarixi Ümumi adının "skotç" olmasına baxmayaraq ( - şotland), yapışan lent Şotlandiyada və yaxud hansısa bir şotland tərəfindən icad edilməmiş, ilk dəfə Almaniyada yaradılmışdır. Yapışqan lentin orijinal versiyası cuna və gutta-perchadan ibarət idi və 1882-ci ildə Paul Karl Bayersdof öz adına patentləşdirilmişdir. O dövrdə Beiersdorf AG şirkətində işləyən əczaçı Oskar Troplovitz 1901-ci ildə onu təkmilləşdirdi və onu Leykoplast adlandırdı. Bu, dərinin zədələnmiş hissəsini qorumaq üçün nəzərdə tutulmuşdu. Leykoplastın istehsalı 1921-ci ildə başladı. Başlanğıcda, dərinin zədələnmiş sahəsini qıcıqlandırmamaq üçün yapışqan yalnız lentin kənarlarına tətbiq edilmişdir. Bunun üçün ondan texniki məqsədlər üçün istifadə edən amerikalılar 1925-ci ildə Dik Dryu tərəfindən istehsal olunan yapışan lenti Şotland xəsisliyi haqqında geniş yayılmış əfsanələrə görə “skotç” adlandırdılar (). Bir əfsanə də var ki, Dik lenti emalatxanaya gətirəndə və rəssam yapışqanın yalnız lentin kənarlarında olduğunu görəndə qışqırıb: “Get şotland bossuna və ona de ki, bu skotç lentini daha da yapışanlı etsin!"
İstinadlar
Kateqoriya:1882-ci ildə yarananlar Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Almaniya ixtiraları Kateqoriya:Dəftərxana ləvazimatları