Ağyoxuş yatağı — Azərbaycanın Göygöl və Daşkəsən rayonlarının inzibati ərazisində, "Çovdar" qızıl yatağından 14 km şimal-şərqdə yerləşən qızıl yataqları qrupu. Bu yataqlar qrupu 2017-ci ildə "AzerGold" QSC-nin geoloqları tərəfindən kəşf edilmişdir.

"Ağyoxuş" qızıl yataqları qrupu "Ağyoxuş-1", "Ağyoxuş-2" və satellit qızıl yataqlarından ibarətdir. "Ağyoxuş-1" yatağı üzrə hasilat işləri 2020-ci ilin noyabrından 2021-ci ilin dekabrına qədər həyata keçirilmişdir və bu müddət ərzində 19,829 unsiya qızıl hasil edilmişdir. "Ağyoxuş-2" və satellit qızıl yataqlarının isə növbəti illərdə istismara verilməsi planlaşdırılır. Yatağın satılabilən ümumi qızıl ehtiyatı 31,507 unsiya həcmində qiymətləndirilir.

İstinadlar

Kateqoriya:Azərbaycanın qızıl yataqları