Babayev Babaxan İşıq oğlu () — Azərbaycan iqtisadçısı, iqtisad elmləri namizədi, fəxri professor.
Elmi fəaliyyəti Babaxan Niyazlı 1960-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisad fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1969-cu ildə İqtisadiyyat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, oranı bitirdikdən sonra 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Babaxan Niyazlı 1965–1983-cü illərdə Moskva şəhərində, 1998-ci ildə Azərbaycan müəllimləri təkmilləşdirmə institunda ixtisasartırma kurslarını bitirmişdir.
Babaxan Niyazlı 3 monoqrafiyanın, 200-dən artıq elmi-metodik məqalə, dərslik və dərs vəsaitinin müəllifidir.
Əmək fəaliyyəti Babaxan Niyazlı 1959-cu ildə Bakı şəhərinə köçüb, tikinti sahəsində, Gəmi təmiri zavodunda və 4 №-li peşə məktəbində istehsalat təlimi ustası işləmişdir.
1962–1968-ci ilə kimi Nərimanov rayonu 11 №-li məktəbdə müəllim işləmişdir. 1968-ci ildən Azərbaycan statistika komitəsinin tədris mərkəzində mühasibat uçotu müəllimi işləmişdir. 1972–1983-cü illərdə İqtisad Universitetində baş müəllim, dosent və professor vəzifəsində çalışıb. Müharibə və əmək veteranıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər