Kanserogenlər (, sözlərindən götürülmüş doğuş və xərçəng mənalarını verir) insan və ya heyvan orqanizminə təsir edərək bədxassəli şişlərin yaranma ehtimalını artıran ətraf mühit amilləridir. Bu amillər kimyəvi, fiziki (ionlaşdırıcı şüalanma, ultrabənövşəyi şüalar), bəzən də bioloji (onkogen viruslar, bəzi bakteriyalar) xarakterli ola bilirlər. Onkoloqlar təsdiqləmişdirlər ki, insanda rast gəlinən xərçəng formalarının 80–90%-i belə amillərin təsiri nəticəsində əmələ gəlirlər. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri kanserogenlərin fiziki və ya kimyəvi xassələrinə görə, genetik aparatın somatik hüceyrələrinə nəzarəti həyata keçirən hissələrində dəyişikliklərə və zədələnmələrə səbəb ola bilən maddələrin olduğunu müəyyən etmişdirlər.

Təsnifatı Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Tədqiqat Agentliyi kanserogen xüsusiyyətlərinə görə maddələri dörd qrupa ayırd etmişdirlər:

İnsan üçün kanserogenlər, 120 belə maddə müəyyən edilmişdir.CHLOROPHENOXY HERBICIDES (Group 2B) , International Agency for Research on Cancer (IARC), 1987 Kanserogen olduğu ehtimal olunanlar. Bu maddələrin sayı 82 və 311 arasında dəyişir. İnsanlar üçün kanserogen hesab edilməyənlər. Belə maddələrin sayı isə 499-dur.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi Kaprolaktam adlanan maddəni kanserogenliyi sübuta yetirilməyən yeganə maddə olduğunu qeyd etmişdir.Водовозов, Алексей Валерьевич|Алексей Водовозов. 2019-cu ilə qədər maddələr 4 qrupda təsnif olunmuşdurlar. Lakin, sonradan kanserogen olmayan maddələr qrupu siyahıdan çıxarıldı və Kaprolaktam 3-cü qrupa aid edildi.

Kimyəvi kanserogenlər Kimyəvi kanserogenlər arasında ən çox yayılanlar aşağıdakılardır:

Nitratlar və nitritlər. Nitritlər bədənə qida ilə daxil olur (onlar dənli bitkilərdə, tərəvəzlərdə və ət məhsullarında olur). Bədənə daxil olan nitratların əsas mənbəyi azot gübrələrindən həddindən artıq istifadə edilərək yetişdirilən tərəvəzlərdir. Qidaların saxlanılması zamanı və ya birbaşa həzm sistemində bəzi nitratlar nitritlərə çevrilirlər. Mədəyə daxil olduqdan sonra nitritlər mədə şirəsinin təsiri altında nitrozaminlərə, yəni uzun müddət kanserogen təsir göstərən maddələrə çevrilə bilirlər. Qida əlavələri. Bəzi qida əlavələri (məsələn: E123-Amaranth, E121-Citrus red 2) sübut olunmuş kanserogendir və bir çox ölkələrdə, o cümlədən Rusiyada qanunla qadağandır. Polisiklik aromatik karbohidrogenlər və onların törəmələri məişət tullantılarının yanması, neft məhsulları və kömürün natamam yanması zamanı əmələ gəlir. Avtomobillərin hərəkəti zamanı yaranan qazlarda, tütün tüstüsünün tərkibində də bu qazlara rast gəlmək olur. Bu maddələrin arasında benzoldan yüzlərlə dəfə təhlükəli olan, həddindən artıq kanserogen maddələr vardır. Siqaret istifadəsi, bitki yağlarının, salonun qızdırılması zamanı da bu maddələr əmələ gəlir.name=https://docs.cntd.ru_Polycyclic aromatic hydrocarbons Benzpiren – qidaları qızartma, hisə vermə, siqaret çəkmə zamanı əmələ gələn maddələrdir. Tütünçəkmə zamanı da əmələ gələn tüstünün tərkibində bu maddələrin çoxuna rast gəlinir. Həmçinin piroliz məhsulları kömür qatranında və bəzi digər üzvi məhsullarda da vardır.name=https://docs.cntd.ru_Бензоапирен Peroksidlər — piylərin çürüməsi zamanı,name=https://docs.cntd.ru_Карциногенное воздействие пероксидов на мелких животных и человека bitki yağlarını güclü qızardanda, həmçinin bəzi üzvi maddələrin və suyun (hidrogen peroksid) radiolizi zamanı əmələ gəlir.name=https://docs.cntd.ru_Peroxides Aflatoksinlər ölümcül mikotoksinlərdir (poliketidlərin alt sinfi). Bu toksinləri kif göbələkləri — Aspergillus (Aspergillus) cinsinin bir neçə növünün mikromisetləri, xüsusən də Aspergillus flavus (aflatoksinlərin adı buradan gəlir) və Aspergillus parasiticus tərəfindən istehsal olunur. Bütün bioloji yolla istehsal olunan zəhərlər arasında aflatoksinlər bu günə qədər aşkar edilmiş ən güclü hepatokarsinogenlərdir. Dioksinlər məişət tullantılarının yanması zamanı əmələ gələn xlor üzvi birləşmələrdir.name=https://docs.cntd.ru_Dioxins Vinilxlorid son dərəcə tez alışan və partlayıcı bir maddədir. Onun yanması zamanı zəhərli maddələr meydana gəlir. İnsan orqanizminə kanserogen, mutagen və teratogen təsirlər göstərir. Benzol zəhərli və kanserogen maddədir. Benzol buxarları bütöv dəriyə nüfuz edə bilir. İnsan orqanizmi uzun müddət aşağı konsentrasiyalarda benzolun təsirinə məruz qalanda çox ciddi nəticələr verir. Bu zaman xroniki benzol zəhərlənməsi leykemiya (qan xərçəngi) və anemiyaya (qanda hemoglobin çatışmazlığı) səbəb olur.name=https://docs.cntd.ru_Воздействие паров бензола на организм людей Formaldehid zəhərlidir və mərkəzi sinir sisteminə güclü mənfi təsir göstərir. Formaldehid GN 1.1.725–98 kanserogen maddələrin siyahısında "ehtimal ki, insanlar üçün kanserogendir" bölməsinə daxil edilmişdir."Перечень веществ, продуктов, производственных процессов, бытовых и природных факторов, канцерогенных для человека" , Приложение 2 к нормативам ГН 1.1.725–98 от 23 декабря 1998 г. № 32] Bu maddənin heyvanlar üçün kanserogenliyi isə sübut edilmişdir. Kadmium kumulyativ zəhərdir (orqanizmdə sağlamlıq üçün təhlükəli miqdarda toplana bilər). Bir çox kadmiumname=www.safework.ru_Влияние кадмия на организм человека birləşmələri zəhərli hesab edilirlər.name=https://docs.cntd.ru_Кадмий Arsen zəhərli və kanserogen maddədir. Bütün qeyri-üzvi arsen birləşmələri də zəhərlidirlər (arsenobetain istisna olmaqla).name=https://docs.cntd.ru_Карциногенное воздействие мышьяка на живые организмы Altıvalentli xrom inhalyasiya zamanı kanserogen təsir göstərir."There is sufficient evidence in humans for the carcinogenicity of chromium[VI] compounds as encountered in the chromate production, chromate pigment production and chromium plating industries" // Nikel və bir çox nikel birləşmələri zəhərli, kanserogen, allergen, mutagenlər və ümumi toksikliyə malikdirlər.name=https://docs.cntd.ru_Никель Asbest kanserogenlər arasında xüsusi bir yer tutur. Onu, bir qayda olaraq, kimyəvi cəhətdən aktiv maddə olan kimyəvi kanserogen kimi təsnif etmək çətindir. Asbestin kanserogenliyi, əksinə, canlı orqanizmin bu maddənin mikroskopik, kimyəvi cəhətdən son dərəcə təsirsiz hissəciklərindən xilas ola bilməməsi ilə ifadə edilir.

Kimyəvi kanserogenlərin təsir mexanizmi Kimyəvi kanserogenlərin əksəriyyəti üzvi maddələrdir. Çox az sayda qeyri-üzvi birləşmələr bu qabiliyyətə malik olurlar. Millerin fikrincə, bütün kanserogenlər, bu və ya digər dərəcədə, nuklein turşularının azot əsaslarının nukleofil qrupları ilə, xüsusən də DNT ilə asanlıqla qarşılıqlı əlaqədə olan və onlarla güclü kovalent bağlar yaradan elektrofillərdir. Kanserogenlərin mənfi təsirləri nuklein turşusunun kimyəvi modifikasiyasında özünü göstərir. Belə bir modifikasiyanın nəticələri düzgün transkripsiya və DNT replikasiyası proseslərinin qeyri-mümkünlüyündə özünü göstərir. Bunun səbəbi ona kovalent olaraq bağlanmış DNT əlavələrinin meydana gəlməsidir. Məsələn, nukleotidləri kanserogenlə əlaqəli olan, dəyişdirilmiş DNT-nin replikasiyası zamanı DNT polimeraza tərəfindən səhv oxuna bilir və nəticədə mutasiyalar baş verir. Genomda çoxlu sayda mutasiyaların toplanması, normal hüceyrənin kanserogenezin əsasını təşkil edən şiş hüceyrəsinə çevrilməsinə gətirib çıxarır.

Kimyəvi kanserogenləri iki böyük qrupa bölmək olar:

Genotoksiklər Qeyri-genotoksiklər

Genotoksik kanserogenlər kimyəvi birləşmələrdir, DNT komponentləri ilə qarşılıqlı əlaqədə olduqda hüceyrə genomunun zədələnməsinə və mutasiyaya səbəb olurlar. Mutasiyalar, öz növbəsində, hüceyrə transformasiya proseslərinə, yəni şiş hüceyrələrinin meydana gəlməsinə səbəb olurlar.

Qeyri-genotoksik kanserogenlər yalnız yüksək konsentrasiyalarda, çox uzun və demək olar ki, davamlı məruz qalma ilə genomun zədələnməsinə səbəb ola bilən kimyəvi maddələrdir. Onlar nəzarətsiz hüceyrə proliferasiyasına səbəb olur, apoptozu maneə törədir və hüceyrələr arasında qarşılıqlı əlaqəni pozurlar (hüceyrə yapışması). Qeyri-genotoksik kanserogenlərin əksəriyyəti kanserogenezin təşviqatçılarıdır, məsələn: orqanik xlor pestisidləri, hormonlar, lifli materiallar, asbest və s.

Fəaliyyət üsuluna görə genotoksik kanserogenlər aşağıdakı növlərə bölünürlər:

Birbaşa — DNT ilə birbaşa kovalent əlaqələr əmələ gətirən yüksək reaktivliyə malik maddələr (bunlar alkilləşdirici və asetilləşdirici maddələrdir — N-nitrozil alkil karbamid (NAM), epoksidlər (xüsusilə PAH), etilenimin və onun törəmələri, xloretilamin və s.). Dolayı — DNT-nin nukleofil qrupları (PAH və onların törəmələri) ilə qarşılıqlı əlaqədə ola bilən, yüksək aktivlikdə elektrofilik metabolitlərin əmələ gəlməsi ilə baş verən, yalnız fermentativ aktivləşmədən sonra DNT ilə kovalent əlaqələr yaradan az aktiv maddələrdir.

<gallery widths="180px" heights="120px" perrow="4" caption="Kimyəvi kanserogenlər" Fayl: (–)-Aflatoxin B1 Structural Formulae V.1.svg| Aflatoksin B1 — güclü hepatokarsinogen və ölümcül mikotoksindir

Fayl:Benzol.svg| Benzol güclü kanserogendir, aşkar miyelotoksik təsirə malikdir (sümük iliyinə təsir edir). Aplastik anemiya, leykemiya və hematopoez sisteminin digər xəstəliklərinə (hematopoez) səbəb olurKasper, Dennis L.et al. (2004) Harrison’s Principles of Internal Medicine, 16th ed., McGraw-Hill Professional, p. 618, ISBN 0071402357.

Fayl:3-Me-cholanthrene chemical structure.svg| Metilxolantren güclü kanserogendir, insan orqanizmində xolesterin mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Prostatın adenokarsinomasına səbəb olur.

Fayl:Ethylen Oxide Structural Formula V2.svg|Etilen oksidi DNT molekulunun nukleofil qruplarına güclü alkilləşdirici təsir göstərir və mutasiyaya səbəb olur.

Fayl:Vinyl-chloride-2D.svg|Vinil xlorid zəhərli və kanserogen bir maddədir. Qaraciyərə (angiosarkomaya səbəb olur), ağciyərlərə, mərkəzi sinir sisteminə, hematopoetik sistemə və immun sisteminə təsir göstərir.

Fayl:NDMA2.svg|Dimetilnitrosamin mədə xərçənginə, hepatoselüler karsinomaya name=https://docs.cntd.ru_Диметилнитрозамин və qaraciyərin zədələnməsinə səbəb olan, yüksək zəhərli (bütün məməlilər üçün) və ən çox yayılmış nitrozaminlərdən biridir.

Fayl:2,3,7,8-tetrachlorodibenzo(b,e)(1,4)dioxine 200.svg|2,3,7,8-Tetraxloridbenzodioxin antropogen mənşəli, zəhərli birləşmələrdən biridir.name=https://docs.cntd.ru_Диоксины Güclü kanserogenliyə, mutagenə, teratogenliyə malikdir. Hematopoetik, endokrin, reproduktiv sistemin və immunosupressantların fəaliyyətini azaldır. Qaraciyərin, qanın və döşün bədxassəli yenitörəmələrinə səbəb olur.

Fayl:Ethanol-2D-skeletal.svg|Etanol və ya etil spirti kanserogen və mutagen xüsusiyyətlərə malikdir (yüksək konsentrasiyalarda).name=https://docs.cntd.ru_Ethanol Narkotik maddə hesab edilir və mərkəzi sinir sisteminin fəaliyyətini pozur. Tərkibində yüksək konsentrasiyalarda etanol olan spirtin xroniki istifadəsi mədə-bağırsaq traktının, qan sisteminin, sinir sisteminin və beynin bədxassəli xəstəlikləri riskini artırır. </gallery>

Fiziki kanserogenlər Ən məşhur fiziki kanserogen ionlaşdırıcı radiasiya (α, β, γ radiasiya, rentgen şüaları, neytron şüaları, proton radiasiyası, klaster radioaktivliyi, ion axını, parçalanma fraqmentləri) hesab olunur. Lakin bu şüalardan xərçəngin müalicəsində də istifadə olunur. Ultrabənövşəyi şüalanma dəri tərəfindən tamamilə udulur və buna görə də yalnız dəri xərçənginə (melanoma daxil olmaqla) və bəzi bədxassəli göz şişlərinə səbəb ola bilər. Bundan əlavə, bədənə sərbəst nüfuz edən ionlaşdırıcı şüalanma bədənin istənilən toxuma və orqanlarının radiogen şişlərinə (yüksək həssaslığa görə hematopoetik), sümük toxumasının bədxassəli yenitörəmələrinə, osteogen sarkomaya və Yuing sarkomasına səbəb ola bilir. Sümük toxumasının bədxassəli yenitörəmələri kimyəvi cəhətdən kalsiuma bənzəyən, stronsium-90 və radium-226 kimi bir sıra qələvi torpaq metallarına aid olan radionuklidlərdən əmələ gəlirlər.