Balyan ailəsi () — XVIII-XIX əsr boyunca Osmanlı memarlığına təkan verən erməni əsilli ailə.Pamukciyan, Kevork. “Balyanlar” , İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.
Haqqında 1839-cu ildə elan olunan Tənzimat fərmanının ardından qeyri-müsəlman əhaliyə bir çox yeni hüquqlar verilmiş, beləcə onlar Osmanlı bürokratiyasında mühüm vəzifələrə yüksəlmə şansı qazanmışdır. Bu şansı qazanan ailələrdən biri də əslən Kayserili olan erməni Balyan ailəsi oldu. Ailənin tarixi mənbələrdə adı keçən ilk üzvü 1682-1683-cü illərdə İstanbula köç edərək IV Mehmedin xidmətinə girən və təmir-bərpa işləriylə məşğul olan Bali kalfadır.
Osmanlı imperiyasının son dövründə inşa edilən saray, məscid, köşk, xəstəxana və digər abidələrin bir çoxu bu ailəyə mənsub memarlar tərəfindən inşa edildi.Can, Selma. Bilinmeyen Olayları ve Aktörleri İle Son Dönem Osmanlı Mimarlığı, İstanbul, 2010. Bununla yanaşı bu ailənin dövrün memarlıq sahəsində söz sahibi olması, klassik Osmanlı memarlığının özəyindən uzaqlaşaraq Avropalaşması olaraq da şərh olunur.
Ailənin məşhur üzvləri
Qriqori Balyan
Sənəkərim Balyan Saray memarlarından Məramətçi Bali kalfanın oğlu olub, 1768-ci ildə İstanbulda dünyaya gəldi. Bir çox əsəri qardaşı Qriqori Balyanla birlikdə işləmişdir. 2 sentyabr 1833-cü ildə Qüdsdə vəfat etdi.
Karpet Balyan
Nikoqos Balyan
Sarkis Balyan
Aqop Balyan
Simon Balyan Saray memarlarından Karpet Balyanın oğlu olub, 1846-cı ildə İstanbulda dünyaya gəldi. Qardaşları Sarkis və Aqop bəylərlə birlikdə çalışdı. Həm saray memarlarından, həm də məşhur rəssam və dizaynerlərdən biri idi. Andranik Qırcıkyanın qızı Paris xanımla evləndi və 1894-cü ildə vəfat etdi.
Levon Balyan Saray memarlarından Nikoqos Balyanın oğlu olub, 29 avqust 1855-ci ildə İstanbulda dünyaya gəldi. Parisdə memarlıq təhsili aldıqdan sonra İstanbula döndü və əmisi Sarkis Balyanın yanında çalışmağa başladı. Ailənin Osmanlı sarayına xidmət edən son nümayəndəsi idi. 11 dekabr 1925-ci ildə Parisdə vəfat etdi.
Ailə şəcərəsi
Mənbə
Ağır, Aygül. Balyanlar’ın Eğitimleri Üzerine Notları, Afife Batur‘a Armağan, Literatür Yayıncılık, İstanbul, 2005. Ersoy, Ahmet. Başka Bir Darülfünun ve Kalfalığın Sonu Yahut Sarkis Bey’in Rüyası, Batılılaşan İstanbul’un Ermeni Mimarları, Uluslararası Hrant Dink Vakfı Yayınları, İstanbul, 2010. Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96-108.2007 Tuğlacı, Pars. Osmanlı Mimarlığında Balyan Ailesinin Rolü, Yeni Çığır Yayınları, İstanbul, 1993 Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19.Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020.
İstinadlar Kateqoriya:Ermənistan ailələri Kateqoriya:Osmanlı ailələri