SSRİ Dövlət Nəzarəti Nazirliyi () — SSRİ-nin dövlət, kooperativ, ictimai təşkilatlar, idarə və müəssisələrin istehsal, təsərrüfat və maliyyə fəaliyyətlərinə nəzarət edən mərkəzi ittifaq-respublika hökumət orqanı. SSRİ Dövlət Nəzarəti Nazirliyi SSRİ-nin tərkibindəki müttəfiq respublikaların dövlət nəzarəti nazirliklərinin fəaliyyətini idarə edirdi.
Vəzifə və funksiyaları SSRİ hökumətinin fərman və sərəncamlarının ciddi və dönməz icrasına nəzarət etmək; Yoxlamaların materiallardan irəli gələn bəzi xalq təsərrüfat əhəmiyyətli məsələləri SSRİ hökumətinin və ittifaq respublikalarının hökumətlərinin baxılmasına təqdim etmək; SSRİ hökumətinə və ittifaq respublikalarının hökumətinə SSRİ dövlət büdcəsinin və ittifaq respublikalarının dövlət büdcələrinin icrası haqqında rəylər təqdim etmək; SSRİ-nin dövlət, kooperativ, ictimai təşkilatlarında, idarə və müəssisələrində audit və yoxlamaların aparılması; Statistik və digər hesabat məlumatlarının etibarlılığına nəzarət; Maddi sərvətlərin saxlanması, xərclənməsi və istifadəsi qaydasına nəzarət.
Həmçinin bax Sovet Nəzarəti Komissiyası
İstinadlar
Kateqoriya:SSRİ nazirlikləri Kateqoriya:SSRİ iqtisadiyyatı