Karkason (oksitanca: ) — Fransanın Langedok-Russilyon regionunun Od departamentində yerləşən bələdiyyədir. Karkasonda yaşayanlara Karkasonlular (Carcassonnais (e)) deyilir. Şəhər köhnə qala şəhəri olan ville haute (yuxarı şəhər) və Od çayının sahilində yerləşən ville basse (aşağı şəhər) adlı hissələrdən ibarətdir.

Tarixi E.ə VI əsrdə qalların (Romalılara görə Keltlər) məskunlaşdığı Karkas qədim Roma imperiyası dövründə qala şəhəri (cité) olan ville haute (yuxarı şəhər) oppidum (Roma dövründə Keltlər tərəfindən yaradılmış qala şəhəri) Karkaso kimi inkişaf etmişdir.

Bir rəvayətə görə, Böyük Karl bu şəhəri mühasirəyə aldığı zaman müsəlman şəhərinin hökmdarı olan Bayan Karkasın başçılığı altında müqavimətlə qarşılaşmış və bundan sonra o, şəhəri fəth etməkdən əl çəkərək geri qayıtmışdır. Bu qələbədən sonra Bayan Karkas truba çalmışdır (çalmaq fransızca sonner deməkdir). Bundan sonra şəhərin adı Carcassonne (Carcas + Sonner) kimi dəyişdirilmişdir. Ancaq tarixi faktlara əsasən, Böyük Karlın dövründən əvvəl Pepin le Bref (Kiçik Pipin) dövründə bu şəhər Frank krallığı tərəfindən yenidən fəth edilmişdir.

Ümumdünya irsi XX əsrdə memar Ejen Emmanuel Violle-le-Duk () tərəfindən bərpa edilmiş şəhərin mərkəzi hissəsi (ville) 1997-ci ildə Ville fortifiée historique de Carcassonne adı altında YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir."Historic Fortified City of Carcassonne". UNESCO. Accessed 13 February 2014.

left|thumb|La Cité de Carcassonne left|thumb|Karkasonun cité (ville haute: yuxarı şəhər) və köhnə körpünün panoramik görünüşü.

İstinadlar

Xarici keçidlər

Official website of the city of Carcassonne ingiliscə, fransızca, ispanca, almanca, hollandca Cité de Carcassonne, from the French Ministry of Culture Multimedia Resources of the city of Carcassonne

Kateqoriya:Karkason Kateqoriya:Orta əsr müdafiə tikililəri Kateqoriya:Fransanın memarlıq abidələri