Soyğun və ya Sürət: Avtobus 657 () — kriminal triller janrında rejissor Skott Mann tərəfindən Stiven Sefer və Maks Adamsın yazdığı ssenari əsasında çəkilmiş filmdir. Filmdə baş rolları Robert De Niro, Cefri Din Morqan, Keyt Bosvort və Deyv Batista ifa etmişdirlər. Filmin süjet xətti qızının müalicəsi üçün pul tapmaq məcburiyyətində qalmış atanın kazino sahibini soymağa məcbur qalmasından bəhs edir.

Filmin çəkilişləri 2013-cü il noyabr ayının 6-da Alabama ştatının Mobil şəhərində başlamışdır. Film 2015-ci il noyabr ayının 11-də dünya miqyasında buraxılmış və 13 noyabr 2015-ci ildə ABŞ-də tələb olunan video xidməti vasitəsilə məhdud buraxılışı həyata keçirilmişdir.

Süjet xətti Von ən iri kazinolardan birində kart paylayan vəzifəsində işləyir. Müvəffəqiyyətli bir karyera qura bilməsədə, özünü bəxtəvər insan hesab edir. Belə ki, həyat yoldaşı və balaca qızını dünyada hər şeydən çox sevir. Ancaq günlərin bir günü onun xoşbəxt həyatı alt-üst olur. Tibbi müayinə zamanı qızında ağır xəstəlik üzə çıxır. Müalicə üçün Vonun 10 il işləsə belə yığa bilməyəcəyi məğləğ tələb olunur. Von kömək üçün kazinonun sahibi Frenk Poupa üz tutur. Kriminal aləmdə böyük nüfuza malik olan Poup onun bu istəyini təmin etmir, hətta belə müraciətlə ona yaxınlaşdığı üçün işdən qovur. Bundan hiddətlənən Von, kazinonu soymaq qərarına gəlir.

Rollarda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Soyğun filmləri Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ filmləri Kateqoriya:Robert De Nironun filmləri Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Cinayət triller filmləri Kateqoriya:ABŞ-nin cinayət filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:Rendell Emmettin prodüseri olduğu filmlər