Cabbar Hafiz oğlu Musayev () — Naxçıvan Muxtar Respublikasının Baş naziri (2026-cı ildən), Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı (2024–2026), dövlət qulluğunun müşaviri.
Həyatı Cabbar Musayev 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən 2024-cü ilə kimi Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 04 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
9 fevral 2026-cı ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, muxtar respublikanın baş naziri təyin olunub.
Mükafatları 23 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:İqtisad üzrə fəlsəfə doktorları