Hasarlar () — 2016-cı ildə Avqust Uilsonun Pulitser mükafatı qazanmış eyniadlı pyesi əsasında Denzel Vaşinqtonun rejissorluğu ilə çəkilmiş ABŞ dövrü dram filmi. Denzel Vaşinqtondan başqa filmdə Viola Devis, Stiven MakKinli Henderson, Covan Adepo, Rassell Hornsbi, Maykelti Uilyamson və Saniyya Sidney də iştirak etmişdir.

Filmin əsas çəkilişləri 25 aprel 2016-cı ildə Pensilvaniya ştatının Pittsburq şəhərinin Hill dairəsində başlamış və 2016-cı ilin iyun ayının ortalarına qədər davam etmişdir. Hasarlar ABŞ-də Paramount Pictures tərəfindən 16 dekabr 2016-cı ildə nümayiş etdirilmiş və çox müsbət rəylər alaraq 64 milyon dollar gəlir qazanmışdır.

Film Amerika Film İnstitutu tərəfindən 2016-cı ilin ən yaxşı on filmindən biri seçilmişdir. Film 89-cu Akademiya Mükafatlarında çoxsaylı mükafatlara, o cümlədən dörd Oskar nominasiyasına namizəd olmuşdur: Ən Yaxşı Film, Ən Yaxşı Aktyor (Vaşinqton), Ən Yaxşı Köməkçi Aktrisa (Devis) və Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari. Film, həmçinin Vaşinqton üçün Ən Yaxşı Aktyor nominasiyasında Qızıl Qlobus mükafatına namizəd olmuş və Devis üçün Ən Yaxşı İkinci Plan Aktrisası mükafatını qazanmışdır.

Süjet xətti

Troy Meksson 1950-ci illərdə Pitsburqda zibil yığan işləyir. Gəncliyində yaxşı beysbolçu olan Mekssonun yeganə arzusu peşəkar beysbolçu olmaq idi. Lakin qaradərili futbolçular liqaya qəbul olunmağa başlayanda Meksson yaşına görə liqaya qəbul olunmur. Bədbəxtliyinə görə davamlı olaraq ətrafındakıları günahkar bilən Meksson yaxşı futbolçu olan oğlunun gələcək karyerasının da qarşısını alır.

Rollarda

Denzel Vaşinqton — Troy Meksson Viola Devis — Rouz Meksson Stiven Makkinli Henderson — Cim Bono Covan Adepo — Kori Meksson Rassell Hornsbi — Layons Meksson Maykelti Uilyamson — Qebriel Meksson Saniyya Sidney — Reynell Meksson

İstinadlar

Xarici keçidlər

Official screenplay

Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:Skott Rudinin prodüseri olduğu filmlər Kateqoriya:Escape Artists filmləri Kateqoriya:1950-ci illər haqqında filmlər Kateqoriya:Pittsburq haqqında filmlər Kateqoriya:Pensilvaniyada çəkilmiş filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Ailələr haqqında filmlər Kateqoriya:2016-cı ilin dram filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Afroamerika dram filmləri Kateqoriya:Afroamerika filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Rejissor Denzel Vaşinqtonun filmləri Kateqoriya:Denzel Vaşinqtonun prodüseri olduğu filmlər Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Qızıl Qlobus mükafatına layiq görülmüş filmlər Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş filmlər Kateqoriya:Marselo Zarvosun bəstəkarı olduğu filmlər Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:Uşaqlara qarşı zorakılıq haqqında filmlər