thumb|Endometrial karsinoma Endometrial karsinoma (uşaqlıq cismi xərçəngi, ) uşaqlıq yolunun epitel qatında inkişaf edən onkologiya xəstəliyidir.

thumb|Patoloji nümunədə endometrial adenokarsinoma

Risk amilləri

Uşaqlıq cismi xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan bir sıra faktorlar vardır. Bunlar aşağıdakılardır: Endometrial hüceyrələrin həddindən artıq inkişafı (endometrial hiperplaziya). Hiperplaziya xərçəng xəstəliyi hesab edilməsə də, bədxassəli şişlərə çevrildiyi hallara da rast gəlinir. Belə hallarda aybaşı sikli uzun və qanaxma şəklində olur. Aybaşıdan sonra da ara-ara baş verən qanaxma şəklində axıntılar müşahidə olunur. Endometrium hiperplaziyasına 40 yaşdan yuxarı qadınlarda daha tez-tez rast gəlinir. Piylənmə. Piylənmə problemi olan qadınlarda endometrium xərçənginin inkişaf riski daha yüksəkdir. Ağır reproduktiv və menstrual tarix. Doğuş etməmiş, aybaşı dövrü 12 yaşından əvvəl başlamış və ya 55 yaşından sonra da davam etmiş şəxslər. Progesteronsiz estrogen əsasında hormonal kontraseptivlərin qəbulu. Tamoksifen qəbulu (döş xərçənginin qarşısının alınması və ya müalicəsi məqsədilə). Pelvik orqanlara radiasiya terapiyası. Ailə tarixində endometrial xərçəngə tutulmuş qadınlar olan şəxslər. Bağırsaq xərçənginin irsi formasına tutulmuş (Linç sindromu) olan qadınlar da risk altındadır. Postmenopoz.

Simptomları və əlamətləri

Uşaqlıq xərçənginin ən çox rast gəlinən simptomu vaginadan gələn anormal qanaxmadır. Əvvəla axıntı duru və qanla qarışıq olub, daha sonra qanaxmaya çevrilir. Menopoz dövründən sonra baş verən hər bir qanaxma patoloji bir proses hesab olunur.

Endometrial karsinomanın simptomlarına sidik ifrazı və cinsi əlaqə zamanı ağrı, çanaq nahiyəsində narahatlıq kimi əlamətləri də misal göstərmək olar.

Diaqnostikası

Mərhələnin təyini Endometrial xərçəng xəstəliyinin təyini üçün əsasən iki sistemdən istifadə olunur. Bu sistemlər TNM və FIGO adlanır. Sistemlərin mahiyyəti eyni olsa da, TNM sistemi endometrial xərçəngi üç indeksdən (T - ilkin şiş, N - regional limfa düyünləri, M - uzaq metastazlar) istifadə edərək mərhələləşdirir. FİGO sistemində isə yalnız bir indeks təyin olunur.

+MərhələTNMFIGOMərhələnin təsviriIT1N0M0IŞiş uşaqlığın içərisində yerləşir. Şiş uşaqlıq boynunun vəzilərinə yayılır, lakin onun stromasında müşahidə edilmir. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlara rast gəlinmir.IAT1aN0M0IAŞiş uşaqlıqda yerləşir və onun daxili qatının təxminən yarısını əhatə edir. Limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlara rast gəlinmir.IBT1bN0M0IBŞiş uşaqlıq divarının yarısını və ya daha çox hissəsini örtür. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.IIT2N0M0IIŞiş uşaqlığın stromasına yayılır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlara rast gəlinmir.IIIT3N0M0IIIŞiş uşaqlığın hüdudlarından kənara çıxır, lakin sidik kisəsinin və ya düz bağırsağın selikli qişasına yayılmır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.IIIAT3aN0M0IIIAŞiş uşaqlığı tam əhatə etmişdir. Bundan əlavə yumurtalıq və uşaqlıq borusuna da yayılmışdır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.IIIBT3bN0M0IIIBŞiş vaginaya tam yayılmış formadadır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.IIIC1T1-3N1M0IIIC1Şiş uşaqlığın içərisində yerləşir və ondan kənara yayılır. Sidik kisəsinin və ya düz bağırsağın selikli qişasında şişə rast gəlinmir. Limfa düyünlərində metastazlar aşkar edilir, lakin paraaorta limfa düyünlərində və digər orqanlarda metastazlar yoxdur.IIIC2T1-3N2M0IIIC2Şiş uşaqlığın içərisində yerləşir və ondan kənara yayılır. Lakin, sidik kisəsinin və ya düz bağırsağın selikli qişasında müşahidə edilmir. Paraaorta limfa düyünlərində metastazlar aşkar edilir. Digər orqanlarda metastazlar yoxdur..IVAT4N0-2M0IVAŞiş sidik kisəsinin və düz bağırsağın selikli qişasına yayılır. Çanaq və ya paraaorta limfa düyünlərində metastazlar meydana gəlir. Uzaq metastazlara rast gəlinmir.IVBT1-4N0-2M1IVBŞiş qasıq limfa düyünlərinə, qarın orqanlarına metastaz vermişdir. Digər orqanlarda da, məsələn, ağciyərlərdə metastazlara rast gəlinir.

Müalicə

Endometrial xərçəng xəstəliyinin I-IV mərhələlərinin müalicəsi zamanı, əsasən, cərrahi üsuldan istifadə olunur. Xəstəliyin mərhələlərindən asılı olaraq köməkçi terapiyalar da təyin edilə bilər (radiasiya terapiyası, kemoradioterapiya, kimyaterapiya). Metastatik endometrium xərçəngi zamanı hormon terapiyasından, kemoterapiyadan, hədəf terapiyasından və ya immunoterapiyadan istifadə olunur.

Cərrahi müalicə

Endometrium xərçənginin əsas müalicəsi uşaqlığın çıxarılmasıdır. Bu əməliyyat ənənəvi (laparotomiya) və ya minimal invaziv (laparoskopik) yollarla həyata keçirilə bilər. Tədqiqatlar göstərir ki, minimal invaziv üsulu daha təhlükəsiz hesab edilir. Uşaqlıqdan əlavə bəzi hallarda çanaqda və ya damarlar boyunca yerləşən limfa düyünlərini belə ki, aorta və aşağı vena kavasını çıxarmaq lazım gəlir. Bu prosedur limfa düyünlərində metastazların aşkar olunması halında həyata keçirilir.

Bütün limfa düyünlərinin çıxarılmasına alternativ (sistemik limfadenektomiya) üsul limfa düyünlərinin biopsiyasıdır. Bu prosedur limfa damarları vasitəsilə limfa düyünlərinə və uşaqlıq boynuna boyanın (indosiyanin yaşılı və ya texnetium) vurulmasını nəzərdə tutur. Sistemli lenfadenektomiyadan fərqli olaraq cərrah bütün limfa düyünlərini deyil, yalnız dərmanı toplayanları çıxarır. Ön limfa düyünlərində metastazlar aşkar edilmirsə, digər limfa düyünlərində onların aşkarlanma ehtimalı 3% -dən aşağıdır. Buna əsaslanaraq, sentinel limfa düyünlərinin biopsiyası sistemli limfadenektomiyaya təhlükəsiz alternativdir.

Radiasiya terapiyası

Endometrium xərçəngi üçün radiasiya terapiyası cərrahiyyədən sonra əlavə müalicə üsulu kimi istifadə olunur. Bəzi hallarda əməliyyatı həyata keçirmək mümkün olmadıqda birbaşa radiasiya terapiyası tətbiq olunur.

Kimyaterapiya

Residiv riskini azaltmaq (adjuvan terapiya) və ya metastatik endometrium xərçəngini müalicə etmək üçün cərrahiyyədən sonra kimyaterapiyadan istifadə edilir.

Hormon terapiyası

Hormonal dərmanlar belə ki, progesteronlar və ya aromataz inhibitorları metastatik endometrial xərçəngin müalicəsində istifadə edilə bilər.

Məqsədli terapiya

Monoklonal antikorlara pembrolizumab və dostarlimab aid edilir. 2021-ci ildə dostarlimab marker vasitəsilə endometrial xərçəng xəstəliyinin müalicəsi təsdiq edilmişdir.

İstinadlar

Ədəbiyyat Бохман Я. В. Руководство по онкогинекологии. – Рипол Классик, 1989. Козаченко В. П. Онкогинекология: руководство для врачей //М: Медицина. – 2006. – Т. 560. Павлова Т. Д. Онкогинекология: учебное пособие для врачей онкогинекологов и акушеров-гинекологов //Харьков: Каравелла. – 2006. Практическая онкогинекология: избранные лекции. – Центр ТОММ, 2008. Полякова В. А. Онкогинекология. Руководство для врачей //М.: Медицинская книга. – 2001. – С. 73-91.

Kateqoriya:Xərçəng xəstəliyi Kateqoriya: Xəstəliklər və pozuntular Kateqoriya:Neoplazmalar