Edqar Nikolay oğlu Adilxanov () — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" FK-nin və Azərbaycan U-19 milli futbol komandasının yarımmüdafiəçisi.

Həyatı Edqar Nikolay oğlu Adilxanov 26 iyun 2005-ci ildə Azərbaycanda, Qusarda anadan olmuşdur. Ləzgi əsillidir.

Klub karyerası Edqar Adilxanov uşaqlıqdan futbol ilə məşğul olmuş, ardınca "Neftçi" PFK-nin akademiyasına qoşulmuş, iki ildən sonra "İnter"ə keçid etmişdir. Bu klub sonradan "Şamaxı" adlandırılmışdır.

1 avqust 2023-cü il tarixində forma nömrəsi 24 olmaqla Azərbaycan Birinci Liqasında çıxış edən Adilxanov "Şamaxı" FK-da əsas komandanın tərkibinə əlavə edilmişdir. O, həmin mövsüm 11 oyunda çıxış etmişdir, lakin onların heç birində start heyətində yer almamışdı. Sonradan "Şamaxı" FK Birinci Liqada çempion olaraq Azərbaycan Premyer Liqasına yüksəlmişdir. Adilxanov Premyer Liqada peşəkar debütünü 8 aprel 2024-cü il tarixində 2:2 hesabı ilə yekunlaşmış "Sabah"–"Şamaxı" matçında etmişdir. O, oyunun ikinci hissəsində artırılmış əlavə vaxtda Rauf Rüstəmlini əvəz edərək meydana daxil olmuşdur. 29 dekabr 2024-cü ildə "Şamaxı" onunla 2,5 illik yeni müqavilə imzalayıb.

Göstəriciləri Klub səviyyəsində son yenilənmə: 31 avqust 2025 KomandaMövsümLiqaKubokUEFACəmiLiqaOyunQolOyunQolOyunQolOyunQolŞamaxı2022-23Azərbaycan Premyer Liqası0000—002023-24Azərbaycan Birinci Liqası11010—1202024-25Azərbaycan Premyer Liqası28320—3032025-263100—31Cəmi:4243000454

Beynəlxalq karyerası Edqar Adilxanov Azərbaycanın U-17 və U-19 millilərində çıxış etmişdir.

2022-ci ildə Gənclər arasında futbol üzrə Avropa çempionatının seçmə turniri (U-19) qrup mərhələsinin Bolqarıstan (0:1) və Türkiyə (0:3) ilə olan oyunlarında start heyətdə olmuşdur.

Titulları Şamaxı FK Azərbaycan Birinci Liqası (1): 2023-24

İstinadlar

Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan ləzgiləri