Populyar musiqidə mahnının kaver versiyası, kaver mahnı, canlanma və ya sadəcə kaver () mahnının orijinal ifaçısı və ya bəstəkarından başqa digər bir musiqiçinin yeni ifası və ya qeydidir. İlk vaxtlar mahnı ilə rəqabət aparmaq üçün orijinalla eyni vaxtda buraxılmış bir mahnı versiyasına istinad edilib. İndi isə bu, orijinaldan sonra yerinə yetirilən hər hansı sonrakı versiyaya aid edilir.
Kaverin əsas xüsusiyyətləri
Yaradıcı yenidənqurma: Mahnı yeni səs və xarakter ilə dəyişir Fərqlilik: Məqsəd çox zaman populyar mahnını fərqli yeni tərzdə təqdim etmək olur. Yeni janr: Bəzən mahnının əvvəlkindən tamamilə fərqli bir janrda təqdim edilməsi. Məsələn, rok janrda olan ilkin versiyadan fərqli mahnının caz janrında təqdim edilməsi.
Əgər mahnı tamamilə tanınmaz hala gətirilsə bu kaver versiya deyil, başqa bir əsər sayılır. Lakin orijinalın əsas komponentləri qalıbsa bu kaverdir. Yəni başqa sözlə kaver versiyalar remeyk () və remiks () ilə qarışdırılmamalıdır.
İstinadlar
Kateqoriya:Musiqi Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Musiqi əsərləri Kateqoriya:Musiqi terminləri Kateqoriya:XX əsrdə musiqi Kateqoriya:XXI əsrdə musiqi