Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir.

Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi, ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır.

Musiqi və sözlər "Latata" mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir. Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır. Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı".

Tanıtım Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır. Onlar əvvəlcə mahnını Mnet-in "M Countdown" verilişində ifa etmiş, daha sonra KBS-in "Music Bank", MBC-in "Show! Music Core" və SBS-in "Inkigayo" verilişlərində çıxış etmişdirlər. Qrup mahnıya görə ilk musiqi qalibiyyətini 22 may 2018-ci ildə SBS MTV-nin "The Show" verilişində əldə etmişdir. 2 gün sonra – 24 mayda "M Countdown" verilişində ikinci musiqi qalibiyyətlərinə çatmışdırlar.

Qəbul "Latata" buraxıldığı ilk həftədə "Gaon" rəqəmsal hit-paradına daxil ola bilməsə də, onun rəqəmsal hit-paradında 68-ci yerdə debüt etmişdir. Mahnı "Gaon" sosial hit-paradına 4-cü yerdə daxil olmuş növbəti həftə 3-cü yerə yüksəlmişdir. ABŞ-də "Billboard" Dünya Rəqəmsal Mahnılar hit-paradına 11-ci yerdə daxil olmuş, növbəti həftə 4-cü yerə yüksəlmişdir. 2018-ci ilin avqustuna qədər Şimali Amerikada 3000 nüsxəsi satılmışdır.

2020-ci ilin sentyabrında "Latata" mahnısının klipi 160 milyon YouTube baxışını keçmişdir. 27 iyun 20220-ci ildə baxış sayı 200 milyona çatmışdır.

Hit-parad (2018) Ən yüksəkyer Cənubi Koreya (Gaon) 12 ABŞ Dünya Rəqəmsal Mahnıları (Billboard) 4

İstinadlar

Kateqoriya:I-dle mahnıları Kateqoriya:Debüt sinqlları Kateqoriya:2018-ci ilin sinqlları Kateqoriya:2018-ci ilin mahnıları