Nadir Şahlar oğlu Mahmudov () — Azərbaycan səs rejissoru, səs redaktoru və səs dizayneri.
Həyatı Nadir Şahlar oğlu Mahmudov 21 yanvar 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olub. O, 1996–2007-ci illərdə Bakı şəhərindəki Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbdə təhsil almışdır. 2008–2014-cü illərdə Kazan Milli Tədqiqat Texnoloji Universitetində ali təhsil alaraq logistika üzrə məzun olsa da, incəsənət və kino sahəsinə maraq göstərdiyi üçün səs rejissoru və səs dizayneri kimi fəaliyyət göstərməyə başlamışdır.
Peşəkar karyerasına 2014-cü ildən başlayıb və serial və filmlərin səs post-prodakşn sahəsində çalışır. O, səs rejissoru, səs redaktoru və səs dizayneri kimi müxtəlif yerli serial və filmlərdə çalışmışdır. O, fəaliyyət göstərdiyi dövrdə bir sıra yerli prodakşn şirkətləri ilə əməkdaşlıq etmişdir, o cümlədən "Azərbaycanfilm" kinostudiyası və müstəqil prodakşnlar.
2019-cu ildə Xocalı faciəsinin 27-ci ildönümünə çəkilən "Ana harayı" videoçarxının quruluşçu rejissoru və post-prodakşn rəhbəri olub. 2022-ci ildə səs rejissoru olduğu "Tunes of Sanatorium" filmi "Ji.hlava" Beynəlxalq Sənədli Film Festivalında nümayiş olunmuşdur. 2023-cü ildə səs rejissoru olduğu "Salam İsa" qısametrajlı filmi Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) keçirdiyi MDB ölkələrinin "Yüksəliş" Beynəlxalq Tələbə Filmləri Festivalında "Ən yaxşı bədii film" nominasiyasında qalib olub. 2023-cü ildə səs rejissoru olduğu "Baharın oğurlanması" animasiya filmi "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalında ali mükafata layiq görülüb. 2024 cü ildə, Bakı Beynəlxalq Film Festivalında səs rejissoru olduğu "Babamın evi" sənədli filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafat alıb.
2024-cü ildə Nadir Mahmudovun rəhbərliyi ilə Azərbaycanda ilk "Dolby Atmos" texnologiyasına sahib səs studiyası yaradılmışdır.2025-ci ilin fevral ayından İctimai Televiziyada yayımlanan, "Əqrəb mövsümü. İki dünya bir olsa da" serialında Azərbaycan televiziya sektorunda ilk dəfə olaraq stereo panoramik (dialog panning) səs texnologiyasını tətbiq edib.2025-ci ildə Nadir Mahmudov Azərbaycan Animasiya Assosiasiyasına üzv seçilmişdir.
Filmoqrafiya +№İlƏsərin adıİstehsalçıYayımlandığı kanal/platormaEkran işindəki roluEkran işinin növüSeriya sayı12014"Nabat"Elçin Musaoğlu"YouTube"səs rejissoru, dublyajbədii film22015"Dəfnə ağacı""Oscar Production"ATVsəs rejissoruserial8932016"Günəşim ol""Oscar Production"ATVsəs rejissoruserial15942017"Laləli saray""Oscar Production"ATVsəs rejissoruserial15752018"O gecə""Oscar Production"ATVsəs rejissoruserial20662019"Bir qadın""Oscar Production"ATVsəs rejissoruserial73072019"Ana harayı"Özü"YouTube"quruluşçu rejissor, istehsalçıqısametrajlı film82019"Half Human"Özü"YouTube"quruluşçu rejissor, istehsalçıqısametrajlı film92021"Yalan həqiqət""Oksi Media"İctimai TVsəs rejissoruserial24102021"İdarə""Oscar Production"ARB TVsəs rejissoruserial10112021"Jafar""Fantasy Pictures"səs rejissorubədii film122021"İfşa çətin hədəf""SFN Production"ARB TVsəs rejissoruserial10132022"Simurq""SFN Production"İctimai TVsəs rejissoruserial12142022"Xosrov və Şirin""Azərbaycanfilm"İctimai TVsəs rejissoruserial12152022"Vağzalı"Şahin Qəhraman"YouTube"səs rejissorubədii film162022"Son nəfəs""Oksi Media"ARB TVsəs rejissoruserial36172022"Tunes of Sanatorium"Leylaxanım QənbərliJi.hlava Beynəlxalq Sənədli Film Festivalısəs dizaynerisənədli film—182022"Salam İsa"Səməd Ağayevsəs rejissoruqısametrajlı film192023"Son nəfəs 2""Oksi Media"ARB TVsəs rejissoruserial36202023"Simurq 2""SFN Production"İctimai TVsəs rejissoruserial12212023"Şeyx Sənan""Azərbaycanfilm"İctimai TVsəs rejissoruserial12222023"Baharın oğurlanması""Azanfilm"səs rejissoruanimasiya filmi232024"Babamın evi"Leylaxanım QənbərliBakı Beynəlxalq Film Festivalısəs rejissorusənədli film242024"Körpünün o tayı"İctimai TVİctimai TVsəs rejissoruserial8252024"Vətəndaş A""SFN Production"İctimai TVsəs rejissoruserial12262024"21-ci möcüzə""National Media""Metaflix"səs rejissorubədii film272024"Adil və Hudhud""Düldül Media""YouTube"səs rejissoruanimasiya serialı4282024"Əlvida xoşbəxtlik""Oscar Production""Metaflix"səs rejissoruserial160292024"Qobustan Kodları""Azbrand Group""YouTube"səs dizaynerisosial çarx302024"Narqız""ANİMAFİLM Studio"səs rejissoruanimasiya filmi312024"Mən, Lalə, bir də Şerlok Holms""KAC Group Media"İctimai TVsəs rejissoruserial12322025"Otel Loo""Gold Cine Vision"CinemaPlussəs rejissorubədii film332025"Əqrəb mövsümü: İki dünya bir olsa""Art Film Baku"İctimai TVsəs rejissoruserial12342025"Gecə-gecə""Prove Production""YouTube"səs rejissoruserial3352025"Bum-Bum""Azərbaycan Animasiya Assosiasiyası"səs rejissoruanimasiya filmi—362025"Zəfər rəqsi ""ASAN TV"səs rejissoruqısametrajlı bədii film372026"Qırmızı zona""3I Cinema""ATV"səs rejissoruserial12
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın səs rejissorları