İranda dövlət çevrilişi — 20–21 fevral 1921-ci ildə Qacar baş naziri Fətulla xan Əkbər hökumətinə qarşı dövlət çevrilişi. Buna İran kazak diviziyasının qüvvələri ilə Ziyaəddin Təbatəbai və Rza xan (gələcəkdə şah Rza Pəhləvi) başçılıq etmişdir.Cyrus Ghani. Iran and the rise of Reza Shah. — I. B. Tauris, 2000. — S. 153f. İran jandarmının zabitləri Məsud Keyxen və Qasım xan Səyya, kazak diviziyasının zabiti Əhməd Əmir-Əhmədi də burada birbaşa iştirak edirdilər. Çevrilişin səbəbi kimi Konstitusiya inqilabından 15 il keçməsinə baxmayaraq, milli sərvətləri talamaqda davam edən və islahatların həyata keçirilməsinə mane olan oliqarxların hökmranlığının israrlı olması göstərilmişdir.

Çevriliş baş nazir Əkbərin vəzifəsindən uzaqlaşdırılmasına və Əhməd şah Qacarın Ziyaəddin Təbatəbainin başçılıq etdiyi yeni hökumətin təsdiqinə gətirib çıxarmışdır. Rza xan yenidən yaradılmış kazak briqadasının komandiri (Sərdar Sepah rütbəsi ilə), Məsud Keyhən hərb naziri, Mahmud Cam xarici işlər naziri, Qazət xan isə Tehranın hərbi qubernatoru olmuşdur. Çevriliş üsyançıların qələbəsi ilə başa çatmışdır, lakin Təbatəbai cəmi 100 gün vəzifədə qalmışdır. İstefa verdikdən sonra Əhməd Qavam baş nazir olmuşdur.

İstinadlar

Kateqoriya:Qacarlar Kateqoriya:1921-ci ildəki münaqişələr Kateqoriya:Dövlət çevrilişləri Kateqoriya:Tehran Kateqoriya:1921-ci ildə İran Kateqoriya:İranda üsyanlar Kateqoriya:Pəhləvilər Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti