Əli Kərəki (; ) — Livan hərbçisi, "Hizbullah"ın Cihad Şurasının üzvü. O, "Hizbullah"ın cənub cəbhəsinin komandiri vəzifəsində çalışmışdır.

Kərəki qruplaşmanın lideri Həsən Nəsrullahla birlikdə Dahiyədə yerləşən qərargahında rəhbərlik görüşü keçirilərkən baş verən hədəflənmiş sui-qəsd zamanı öldürülmüşdür.

Həyatı

Əli Kərəki 1962-ci ildə Livanın cənubunda yerləşən Nəbatiyyə mühafəzəsinin Əyn-Busvar kəndində anadan olmuşdur. Universitet təhsilini başa vurduqdan sonra Livanda vətəndaş müharibəsi zamanı "Hizbullah"a qoşulmuşdur. Zamanla rütbələri yüksəlmiş və 2006-cı ildə Livan müharibəsində iştirak etmişdir. Kərəki daha sonra "Hizbullah"ın ali komandanlığı olan Cihad Şurasının üzvü və cənub cəbhəsinin komandiri olmuşdur. Livan vətəndaşlığından əlavə, o, Qvineya vətəndaşlığına sahib idi.

Kərəki müxtəlif terror fəaliyyətlərində, xüsusən də Livanın cənubunda iştirak etmiş və "Hizbullah"ın İsrailə qarşı strateji əməliyyatları ilə əlaqəli olmuşdur. 2019-cu ilin sentyabrında ABŞ Dövlət Departamenti onu "Hizbullah"ın hərbi rəhbərliyində əhəmiyyətli fiqur kimi xarakterizə etmişdir və nəticədə sanksiyaya məruz qalmışdır.

İstinadlar

Kateqoriya:Hizbullah üzvləri

Kateqoriya:Livanda vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər Kateqoriya:XX əsr Livan şəxsləri Kateqoriya:XXI əsr Livan şəxsləri Kateqoriya:Livanlı şiə müsəlmanları