– Yaponiyanın Mie prefekturasının Tsu şəhərində yerləşən incəsənət muzeyi. Muzeydə Luvrdakı məşhur heykəllərin replikaları sərgilənir. Luvr muzeyinin yeganə rəsmi qardaş muzeyidir.

Tarixi Muzeyin qurucusu və ilk direktoru Yuciro Takekava olmuşdur. O, 1960-cı illərdə Fransaya səyahət edərək Luvr muzeyini ziyarət etmiş və "Miloslu Venera" heykəlindən təsirlənmişdir. Takekava yaponların da Luvr muzeyindəki heykəlləri görməsini istəmiş və yeni muzey layihəsi üçün 17 dəfə Parisə səyahət etmişdir.

Muzey 7 dekabr 1986-cı ildə Luvr muzeyinin qardaş muzeyi kimi yaradılmışdır. Açılışı 16 dekabr 1987-ci ildə baş tutmuşdur. 6 aprel 1988-ci ildə muzeyi ziyarət edənlərin sayı 100.000-i keçmişdir.

Ekspozisiya Muzeydə 1300 heykəl sərgilənir. Bu heykəllər Luvr muzeyindəki məşhur heykəllərin replikalarıdır və hazırlanmasında Luvrun incəsənət departamentinin heyəti iştirak etmişdir. Muzeyin kolleksiyasına "Minoslu Venera", "Samotrikanın qanadlı zəfəri", "Belvederli Apollon", "Nefertitinin büstü", "Diskobol", "Musanın hökmü", "Hammurapi qanunları", "Qabili Diana" kimi heykəllər daxildir. Burada Luvr Muzeyi ilə yanaşı, Britaniya Muzeyi və Metropoliten İncəsənət Muzeyi kimi digər muzeylərin də əsərləri sərgilənir. Muzeydə Rozetta daşının və Azadlıq heykəlinin replikaları yerləşir.

Muzey Şinqon sektasının baş məbədi olan Daykannon məbədi tərəfindən idarə olunur. Bu səbəbdən muzeydə buddist heykəlləri də sərgilənir. Muzeydə yerləşən 11 başlı və min qollu Bodhisattva Kannon heykəli dünyadakı ən böyük min qollu Kannon heykəlidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1987-ci ildə yaradılmış muzeylər Kateqoriya:Yaponiyadakı heykəl qalereyaları Kateqoriya:Luvr muzeyi Kateqoriya:Mie prefekturasındakı muzeylər Kateqoriya:Tsu Kateqoriya:1987-ci ildə Yaponiyada yarananlar