"Kür" Olimpiya Tədris-İdman Mərkəzi — Azərbaycanın Mingəçevir şəhərində, Kür çayı üzərində yerləşən avarçəkmə bazası.
Tarixi Ümumittifaq əhəmiyyətli Kür Olimpiya Avarçəkmə Təlim Mərkəzi 1964-cü ildə yaradılmışdır. Avarçəkmə bazası idman kompleksinin memarı Tələt Xanlarov idi.
2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında olub və onun yenidən qurulması ilə bağlı tapşırıqlar verib. Baza üçün layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb.
2010-cu ilin oktyabrında prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə yenidən qurulan mərkəzin açılışı olub.
Şəraiti Kompleksdə inzibati bina, üzgüçülük hovuzu, 250 çarpayılıq altı mərtəbəli gəmi formalı otel, idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar və hakim qülləsi var.
Yarışlar
Mərkəzə təlim-məşq toplanışı, təsnifat və digər yarışlar üçün hər il SSRİ və müttəfiq respublikalardan avarçəkənlər gəlirdilər. 2007-ci ildən etibarən bazanın yardımçı hissəsində avarçəkmə üzrə beynəlxalq "Prezident Kuboku" reqatası keçirilir. 2023 və 2024-cü illərdə kubok Avropa Kanoe Assosiasiyasının rəsmi təqviminə daxil edilib.
Mərkəzdə 2015 Avropa Oyunları çərçivəsində kayak və kanoe yarışları da keçirilib. İstinadlar
Kateqoriya:Mingəçevirdə idman Kateqoriya:1964-cü ildə SSRİ-də yarananlar Kateqoriya:1964-cü ildə SSRİ-də idman Kateqoriya:1964-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:2015 Avropa Oyunları idman qurğuları