Aleksey Roxas Fedoruşçenko (; 28 sentyabr 2005, Bazildon, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubunda qapıçı kimi çıxış edən peşəkar Kolumbiya futbolçusu. O, İngiltərədə anadan olmuş və Parmiter məktəbində təhsil almışdır. Buna baxmayaraq, o, ölkə səviyyəsində Kolumbiya milisini təmsil edir.
Klub karyerası Roxas karyerasına 5 yaşı olarkən Borhem Vud klubunda başlamışdır. Növbəti illərdə isə Sent Albans Siti və London Kolni Kolts klublarında çıxış etmişdir. 2016-cı ildə Roxas İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubunun aakdemiyasına qəbul olmuşdur. 2019-cu ildə isə digər London təmsilçisi olan "Arsenal" klubu ilə müqavilə imzalamışdır.
Milli karyerası Roxas milli səviyyədə müxtəlif ölkələri təmsil etmək hüququna malikdir. Belə ki, Aleksey İngiltərədə anadan olmasına baxmayaraq, atası Kolumbiya, anası isə Rusiya vətəndaşıdır.
Gənclər millisi 4 yanvar 2023-cü ildə Roxas Kolumbiya U-20 millisinin baş məşqçisi Hektor Kardenas tərəfindən Kolumbiyada keçirilən 2023 Cənubi Amerika U-20 Çempionatı üçün milliyə dəvət edilmişdir. O, turnirdə üçüncü yeri tutmağı bacaran, istedadlı oyunçularla zəngin olan millinin bir hissəsi olmasına baxmayaraq, turnir ərzində heç bir görüşdə iştirak etməmişdir. Buna səbəb isə təcrübəli oyunçu Luis Markinezin qapıçı mövqeyi üçün bir nömrəli tərcih edilməsi olmuşdur.
Karyera statistikası
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolArsenal2024–25Premyer Liqa0000000000Ümumi karyera0000000000 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İngiltərə Superkuboku görüşləri daxildir.
Uğurları Arsenal U21 FA Gənclər Kuboku ikinci yer: 2022–23
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kolumbiya futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Kolumbiyanın kişi futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları