Müqəddəs Georgi kilsəsi (; ) — Gürcüstanın paytaxtı Tbilisinin qədimi hissəsində yerləşən XIII əsrə aid erməni kilsəsi. Tbilisidə fəaliyyət göstərən iki erməni kilsəsindən biridir və Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının kafedralıdır. O, Vaxtanq Qorqasali meydanının cənub-qərb küncündə yerləşir və Narikala qalasının xarabalıqlarına baxır. Tarixi Tbilisi bələdiyyəsinin saytındakı məlumata görə, kilsənin yerləşdiyi ərazi orta əsrlərdə həbsxanaya aid olub, buna görə də bəzən gürcücə "Tsixisdidi" () adlanır.
Erməni tarixçiləri İosif Orbeli və Levon Melikset-Bek hesab edirlər ki, kilsənin əsası 1251-ci ildə qoyulub. Tarix kilsənin həyətinin qərb qapısı üzərindəki xaçkarın üzərində ərəbcə yazıya əsasən təklif edilib. XIII əsr salnaməçisi Ovanis Erznkatsinin yazdığına görə, kilsə Karin (Ərzurum) şahzadəsi Umek tərəfindən tikilmişdir.
İstinadlar
Kateqoriya:Qədim Tbilisi Kateqoriya:Tbilisidəki dini tikililər Kateqoriya:1251-ci ildə tamamlanmış dini tikililər