II Robert (; ) — Şotlandiya kralı. II Davidin bacısı oğlu idi və onun geridə rəsmi varis qoymadan vəfatının ardından taxta çıxarıldı. Stüartlar sülaləsindən taxta çıxan ilk Şotlandiya kralıdır.
Anası Şotlandiya kralı I Robertin böyük qızı Marjori Brus, atası isə yerli əsilzadələrdən Volter Stüartdır. Babası I Robert taxta çıxdıqdan sonra oğul övladı olmadığı üçün qardaşı Eduard Brusu varisi elan etmişdi. O əsnada dünyaya gələn Robert taxtın ikinci, Eduard Brusun 1318-ci ildə ölümündən sonra isə birinci varisi təyin olundu. Ancaq çox keçmədən 1324-cü ildə dayısı David Brus dünyaya gəldi və kralın oğlu olaraq taxtın birinci vəliəhdi təyin edildi. Beləcə, taxt sıralamasında geriyə düşən Robertin, parlamentin 1327-ci ildə verdiyi qanunla Davidin varissiz vəfatı halında taxta çıxarılmasına qərar verdi. Babasının 1329-cu ildə vəfatının ardından 5 yaşlı dayısı II David taxta çıxarıldı.
İkinci Şotlandiya Müstəqillik müharibəsi illərində 1333-cü ildə baş tutan döyüşdə ingilislərin qalib gəlməsinin ardından, dayısı II David və ailəsi Fransaya qaçırıldı və burada uzun müddət sürgündə yaşadı. Bu illər ərzində Robert Şotlandiyanın Qoruyucusu ünvanıyla krallığı idarə etdi. 1363-cü ildə dayısına qarşı üsyan etsə də, vərasət hüququnun əlindən alınmaması şərtilə qısa zamanda üsyanı sonlandırdı. Nəhayət, dayısının geridə rəsmi varis buraxmadan vəfat etməsinin ardından 1371-ci ildə II Robert taxta çıxdı.
Taxta çıxdıqdan sonra ingilislərə qarşı sərhəd boyunca mübarizəni artıran II Robert 1384-cü ilədək işğal edilən bir çox şotland mülkünü geri ala bildi. Ancaq qısa zaman sonra 2 oğlunun ona qarşı üsyan etməsiylə mərkəzi hakimiyyət zəiflədi. 1390-cı ildə vəfat etdi.
Ailəsi İlk evliliyi 1336-cı ildə Yelizaveta Murla gizlicə baş tutdu və cütlüyün bu nigahdan 10 övladı dünyaya gəldi. Taxta namizəd göstərilməsinin ardından ailəsinin kilsənin də gözündə rəsmiləşməsi üçün 1349-cu ildə keçirilən kilsə mərasimiylə xanımıyla yenidən evləndi.
III Robert Volter Stüart (?-1362) Robert Stüart (?-1420) Aleksandr Stüart (?-1405) Marqarita Stüart Marjori Stüart Yelizaveta Stüart İzabella Stüart (?-1410) Yohanna Stüart (?-1375) Yekaterina Stüart
İkinci evliliyi 1355-ci ildə Eufemiya Rossla baş tutdu və cütlüyün bu nigahdan 4 övladı doğuldu.
David Stüart (1356-1389) Volter Stüart (1360-1437) Yelizaveta Stüart Yeqidiya Stüart
Mənbə
İstinadlar