Yuxarı Qoşakilsə (Zemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Xrami çayının sağ sahilində yerləşir.
Tarixi Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Şahsuvar-Kolagir və Aşağı Kovxa qışlaqlarına malik kənd olaraq anılır. Kəndin əvvəlki adı Muluxsalıdır. Qoşakilsə də deyilir.
Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə.
Fiziki-coğrafi mövqeyi Qoşakilsə kəndi Borçalı çökəyində, Xram çayının sağ sahilində, rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir.
Əhalisi 1870-ci ildə 12 ailədə 81 nəfər, 1926-cı ildə 33 ailədə 168 nəfər, 2002-ci ildə 142 ailədə 604 nəfər, 2006-cı ildə 142 ailədə 556 nəfər.
İstinadlar
Xarici keçidlər Qoşakilsə
Kateqoriya:Bolnisi bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Borçalı kəndləri