Maratokambos və ya Marafokampos () — Yunanıstanda, Egey dənizindəki Samos adasının cənub-qərbində, Maratokambos körfəzinin sahilində qəsəbə. İnzibati cəhətdən Şimali Egey adaları periferiyasında Samos periferik vahidindəki Ditiki-Samos icmasına aiddir. Dəniz səviyyəsindən 171 m hündürlükdə, Kərkis dağının ətəyində yerləşir. 2011-ci il siyahıyaalınmasına görə əhalisi 1,069 nəfər idi. Burada şərqdə yerləşən Samoslu Aristarx Hava Limanı xidmət göstərir.
İstinadlar
Kateqoriya:Yunanıstan şəhərləri Kateqoriya:Samos