və ya – Yaponiya nanqa rəssamı, şairi və konfusiçi alimi.

Həyatı Hattori Nankaku 1683-cü ildə Kioto şəhərində doğulmuşdur. Əsl adı Mototaka idi. 14 yaşında olanda Edoya köçərək Yanaqisava Yoşiyasuya qulluq etməyə başlamışdır. Orijinal konfusiçilik klassiklərinin filologiya tədqiqatlarını dəstəkləyən Kobunciqaku məktəbinin qurucusu Oqyu Sorayın şagirdi olmuşdur. Daha sonra bakufuda kiçik vəzifə tutmuşdur.

Nankaku 1716-cı ildə öz məktəbini açmış, Ayabe Keysay, Kudo Heysuke , Moçizuki Saney , Taki Kakuday , Yuasa Cozan kimi şagirdləri olmuşdur. Şoda Şiken ondan təsirlənmişdir.

Yaradıcılığı Rəssamlıq və şairliklə məşğul olmuş, yaradıcılığı Hiqo daymyosu Şiqetaka Hosokava tərəfindən bəyənilmişdir. Tenşo Şubun və Seşşu Toyonun rəsmlərini tədqiq etmişdir. Peyzaj və portret janrında olan rəsmləri Çinin Sin sülaləsi üslubunda olmuşdur və Nanqa məktəbinin qabaqcılı hesab olunmuşdur. Sorayın ölümündən sonra Yaponiyada Çin poeziyası və klassik ədəbiyyatı üzrə ən yaxşı mütəxəssis hesab olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya konfusiçiləri Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Edo dövrü şəxsləri