thumb|418x418px| Böyük Katonun büstü. Eramızdan əvvəl 80-ci illər Roma, Torloniya muzeyi thumb|234x234px| Şimali Afrikada Karfagenin yeri. “Karfagen məhv edilməlidir” (qısa forma - , tam ifadə - ) — düşmənə və ya hər hansısa maneəyə qarşı mübarizə aparmaq üçün təkidli çağırış mənasını verən latın frazası. Daha geniş mənada ümumi müzakirə mövzusundan asılı olmayaraq eyni məsələyə daimi qayıdışdır.
Mark Porsi Katon 150-ci illərin sonunda Karfagen səfərindən sonra (müxtəlif mənbələrə görə eramızdan əvvəl 153 və ya 152 -də baş vermişdi) bütün çıxışlarını bu bəyanatla bitirmişdir.
Frazanın mənbəyi Qədim yunan bioqrafı Plutarxın “Böyük Katonun həyatı” əsərində qeyd edilir ki, Karfagenin barışmaz düşməni olan Roma sərkərdəsi və dövlət xadimi Mark Porsi Katon bütün çıxışlarını (mövzusundan asılı olmayaraq) Senatda işlətdiyi belə bir ifadə ilə bitirmişdir: “Bundan başqa, hesab edirəm ki, Karfagen məhv edilməlidir” ( ). İbarənin müxtəlif formalarına bəzi digər qədim mənbələrdə də rast gəlinir.
Tarixi zəmin left|thumb|300x300px| Karfagenin xarabalıqları, 1950-ci il Romanın Aralıq dənizində hökmranlıq etmək üçün finikiyalıların şəhər-dövləti olan Karfagen ilə vuruşduğu Birinci və İkinci Pun müharibələrindəki uğura baxmayaraq, romalılar Karfagenin tərəfindən bir sıra alçaldıcı məğlubiyyətlərə də məruz qalmışdılar və onun yenidən canlanmasından qorxurdular. Bu, tam qələbə və bütün itkilərin qisasını almaq istəyinə gətirib çıxardı. Bundan əlavə, Roma Karfagenin tezliklə özünü bərpa etməsindən çox narahat idi və hələ də Roma ticarəti üçün güclü rəqabət yaradırdı. Bu vəziyyət israrla təkrarlanan Carthago delenda est ifadəsinin yaranmasına səbəb oldu.
Nəhayət, Üçüncü Pun müharibəsi nəticəsində yarım milyon əhalisi olan şəhər tamamilə dağıdıldı, sağ qalan sakinlər isə kölə kimi satıldılar. Sonrakı rəvayətə görə, şəhərin yerləşdiyi yer duzla örtüldü. Lakin sonradan romalılar Karfagendə yenidən məskunlaşdılar, bu da Roma Afrikasının əsas şəhəri və ərəblərin işğalına qədər Roma İmperiyasının ən böyük şəhərlərindən birinə çevrildi. Hazırda qədim Karfagenin yerləşdiyi yer Tunis şəhəri ətrafındadır.
Müasir dövrdə istifadəsi 1896-cı ildə Londonun "Saturday Review" qəzeti Almaniya ilə müharibənin zəruri olduğunu iddia edən bir məqalə dərc etdi, çünki "Germania est delenda ("Almaniya məhv edilməlidir" )"Umpenhour, Charles Merlin. Freedom, a Fading Illusion Kelley, Donald R.Frontiers of history
Almanyönlü Radio Paris radiostansiyasının diktoru Jan Herold-Paquis Vişi Fransada (1940-1944) gündəlik redaktor məqalələrini belə bitirdi: “et l'Angleterre, comme Carthage, sera détruite ! »
2024-cü ilin martında Latviya Prezidenti Edqars Rinkeviç “ Russia delenda est!” ifadəsi ilə bitən bir tvit dərc etdi
İstinadlar
Bağlantılar
Karfagen məhv edilməlidir // otrezal . ru Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Pun müharibələri Kateqoriya:Karfagen Kateqoriya:Zərbi-məsəllər Kateqoriya:Siyasi şüarlar