Yücel Artantaş (; ) — 22-ci çağırış (2002–2007) Türkiyə Böyük Millət Məclisinin azərbaycan əsilli millət vəkili, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının fəxri başqanı

Həyatı 1952-ci ildə İğdırda anadan olub. Əslən azərbaycanlıdır. Ankara Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Dövlət İdarəçiliyi bölməsini bitirib. Kent-Koopun İcraçı Üzvü olub. Ankara Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini vəzifəsində çalışıb. O, SSK İdarə Heyətinin üzvü olub. Ailəlidir və iki övladı var.

Parlament fəaliyyəti 2002-ci ildə 22-ci çağırış (2002–2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub. 15 may 2006-cı ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə heyəti sədrinin müavini seçilmişdir.Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə heyəti sədrinin müavinləri seçilmişlər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının fəxri başqanı olmuşdur.

Ölümü 27 avqust 2024-cü ildə uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.

Təltifləri Yücel Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ SAHƏSİNDƏ FƏALİYYƏTİNƏ GÖRƏ BİR QRUP İCTİMAİ XADİMİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

İstinadlar

Xarici keçidlər

https://www.youtube.com/ANKARA Eski Iğdır Milletvekili Artantaş için TBMM'de tören (VİDEO EKLENDİ)watch?v=DPG06FsHjgw