Adam Bennett Şiff (; ) — amerikalı siyasi xadim, demokratlar partiyasından olan konqresmen.
2001-ci ildən Kaliforniyanın 28-ci konqres dairəsindən ABŞ Nümayəndələr Palatasının üzvüdür. 2019-cu ildən Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədridir.
Bioqrafiya Yəhudi ailəsində anadan olub. Stanford Universitetini bitirib (1982) və Harvard Hüquq Məktəbində (1985) doktorluq dərəcəsi alıb, özəl hüquq təcrübəsi ilə məşğul olub. 1987-ci ildən 1993-cü ilə qədər Kaliforniya Mərkəzi Dairəsinin ABŞ Prokurorluğunun prokuroru olub. 2015–2019-cu illərdə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədr müavini olub.
Mükafatları Dostluq ordeni (16 dekabr 2021-ci il, Ermənistan) — Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə, erməni-amerikan dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına, ümumbəşəri dəyərlərin qorunması mühüm töhfələrə görə. Mxitar Qoş medalı (11 aprel 2011-ci il, Ermənistan) — erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, həmçinin erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə.
İstinadlar
Kateqoriya:Harvard Hüquq Məktəbinin məzunları Kateqoriya:Stenford Universitetinin məzunları Kateqoriya:Mxitar Qoş medalı ilə təltif olunanlar Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri