Azan gülü və ya enotera () onaqrakimilər fəsiləsinə məxsus çiçək açan ot bitkisi.

Etimologiyası

Azan gülü və ya çiçəyi kimi tanınan elmi adı latın dilindən transkripsiyası enotera adlanan bu bitki botanikada axşam çiçəyi yaxud axşam primrozu () olaraq qeyd edilir. Lakin əsl primrozlara (primula-novruzçiçəyi) aid edilmirlər.

Xüsusiyyətləri

Bu çiçəklər islam ənənələrinin olduğu və olmadığı bir çox ölkədə yetişdirirlir və hər yerdə gün batarkən çiçək açır, gün doğarkən də bağlanırlar. Azanın oxunub, oxunmamasından asılı olmayaraq bu çiçəklər eyni saatda açılıb, bağlanırlar. Namaz saatlarının günəşə görə təyin edilməsi çiçəyin açılması ilə üst-üstə düşdüyündən onu azan gülü adlandırırlar. Təbiətdə bir sıra hərəkətlənmə, canlanma da bu saatlarda baş verdiyindən təbiət hadisəsi kimi də bunu da normal hadisə olaraq anlamaq olar.

Bu gülün digər bir xüsusiyyəti onun səslərə olan reaksiyasıdır. Belə ki, aparılan araşdırmalar sübut etmişdir ki, yaxınlıqda uçan həşəratların vızıltısı eşidilən kimi azan gülünün nektarında olan şəkərin konsentrasiyası 20% artır. Bu çiçəklərin tozlanması üçün həşəratları özünə cəlb etmə mexanizmi tədqiqatlarda öz əksini tapdı.

İstinadlar

Xarici keçidlər Azan gülünün açması youtube-da

Kateqoriya:Onaqrakimilər Kateqoriya:Ot bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Avrasiya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri