İtirilmiş Z şəhəri () — Devid Qrannın eyniadlı kitabı əsasında rejissor Ceyms Qrey tərəfindən çəkilmiş 2016-cı il istehsalı olan ABŞ tarixi macəra dram filmidir. Kitab isə öz növbəsində, Amazon meşələrində qədim itirilmiş şəhəri axtaran britaniyalı tədqiqatçı olan Persi Fosettin real həyat hekayəsinə əsaslanır. Filmdə baş rolları Çarli Hannem, Tom Holland, Robert Pattinson və Sienna Miller ifa etmişdirlər. Filmin premyerası 15 oktyabr 2016-cı ildə Nyu York Film Festivalında baş tutmuşdur. 27 aprel 2017-ci ildə isə film Rusiyada nümayiş etdirilmişdir.

Rollarda

Çarli Hannem — Persi Fosett Tom Holland — Cek Fosett Robert Pattinson — Henri Kostin Sienna Miller — Nina Fosett Anqus Makfadyen — Ceyms Mürrey Deniel Hattlistoun — Breyin Fosett Edvard Eşli — Artur Menli Yan Makdermid — ser Corc Qoldi Franko Nero — baron de Qondoriz Harri Mellinq — Uilyam Berkley Elena Solovey — madam Kumel

Rəylər

Film kino tənqidçilərindən əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes saytında filmə tənqidçilərdən gəlmiş 213 rəyə əsasən film 87% dərəcəyə malik olmuşdur. Filmin orta reytinqi isə 7,3/10 təşkil etmişdir. Metacritic saytında isə film 44 rəy əsasında 100 baldan 78 bal yığa bilmiş və bu "ümumiyyətlə əlverişli rəylər" deməkdir.

İstinadlar

Kateqoriya:Bleecker Street filmləri Kateqoriya:Amazon Studios filmləri Kateqoriya: Braziliya haqqında filmlər Kateqoriya:Plan B Entertainment filmləri Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:London haqqında filmlər Kateqoriya:Boliviya haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş macəra filmləri Kateqoriya:Kolumbiyada çəkilmiş filmlər Kateqoriya:2016-cı ilin dram filmləri Kateqoriya:Bred Pittin prodüseri olduğu filmlər Kateqoriya:İrlandiya haqqında filmlər Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:Qeyri-bədii kitablar əsasında çəkilmiş filmlər Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər