Barri Lindon — amerikalı rejissor Stenli Kubrikin filmi. Ekranlara 1975-ci ildə çıxıb.

Məzmun Film irlandiyalı yetim kəndli oğlanın necə zadəgan Barri Lindon olmasından bəhs edir.

Gənc Barri Redmond öz dayısı qızına vurulur, onun zabit nişanlısını qısqanclıqdan duelə çağırıb, yaralalıyır və doğma yerləri tərk etməli olur. Daha sonra orduya qoşulur.

Avropadakı sərgüzəştləri zamanı Barri Yeddillik müharibədə iştirak edir, Prusiya dövlətinin xeyrinə casusluq edir və peşəkar qumarbaz olur. Böyük Britaniyaya qayıtdıqdan sonra o varlı bir gənc dul qadınla evlənir və Lindon soyadını qəbul edir. Arvadı onu sevsə də, oğulluğu ona nifrət edir. Varlı arvadından bir oğlu olur. Bir qəza nəticəsində uşaq ölür. Barri doğma oğlunun ölümünə dözə bilmir — pozğun həyat tərzi sürməyə başlayır, arvadını itirir. Filmin sonunda oğulluğu onu duelə çağırır.

Film bütün bu dövürü valehedici formada nəql etsə də, filmin möhtəşəmliyi və əsas ideyası XVIII əsrin sonu XIX əsrin əvvəlində zadəgan təbəqənin yox olması — ölməsidir.

Film haqqında Ssenari XIX əsrin ingilis yazıçı Uilyam M. Tekkereyin "Centlmen Barri Lindonun xatirələri" əsəsri əsasında yazılıb. Film dörd Oskar mükafatına layıq görülüb (ən yaxşı operator işi, musiqi, ssenari və geyim). Stenli Kubrik filmin çəkilişi zamanı süni işıqlandırmadan demək olar ki, istifadə etməyib. Müvafiq səhnələr şam işığında çəkilib. Stenli Kubrik şam işığında çəkilən səhnələr üçün xüsusi kamera linzalarını NASAdan gətizdirib. Xüsusi linzalarla çəkilən səhnələrin olduğu hissələr üçün kinoteatr maşınisti üçün xüsusi göstəriş məktubu hazırlanıb.

İrlandiya Respublika Ordusu (İRA) Kubrikın adını özünün ölüm siyahısına alandan sonra filmin çəkilişi İrlandiyadan İngiltərəyə keçirilib. Çəkiliş iki il davam edib. Barri və onun oğulluğu, Lord Ballinqton arasındakı duelin montajı 42 gün çəkib.

Rollarda Rayan Onil Patrik Meqi Mariya Berenson

İstinadlar

Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Stenli Kubrikin filmləri Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Qumar filmləri Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:İrlandiya haqqında filmlər Kateqoriya:XVIII əsr haqqında tarixi filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Şotlandiyada çəkilən filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Birləşmiş Krallığın tarixi filmləri Kateqoriya:Müharibə filmləri