Ellis adası () — Nyu-York şəhərindəki Hudson çayının mənsəbində yerləşən bir adadır.

1 yanvar 1892-ci ildən 12 noyabr 1954-cü ilə qədər Ellis adası Nyu-York şəhərinə gələn yeni immiqrantlar üçün tranzit mərkəzi rolunu oynamışdır. Hal-hazırda ABŞ federal hökumətinə məxsus olan ada ABŞ Milli Park Xidmətinin nəzarəti altındadır və Azadlıq heykəli Milli Abidəsi () adlı dövlət orqanı tərəfindən idarə olunur. Turistlər adaya gedib-gəlməkdə sərbəstdirlər.

Ellis adasının Nyu-York ştatı və ya Nyu-Cersi ştatına aid olması məsələsi uzun bir müddət ərzində müzakirə mövzusu olmuşdur. Adanın böyük bir hissəsi Nyu-Cersi ştatının Cersi-Siti şəhərinin sərhədləri daxilində olsa da, kiçik bir hissəsi qonşu Nyu-York şəhərinin sərhədləri daxilində yerləşir.

thumb|Ellis adasında yerləşən immiqrant muzeyi

right|thumb|Ellis adası, Nyu-York

İstinadlar

Kateqoriya:Nyu-York adaları Kateqoriya:Eksklavlar Kateqoriya:Eksklavlar və anklavlar Kateqoriya:Atlantik okeanı hövzəsi adaları