– Yaponiyanın Hokkaydo prefekturasının Abaşiri şəhərində, Tento dağında yerləşən elmi muzey. Oxot dənizində və Oxot dənizinin canlılarına həsr olunmuşdur.
Xüsusiyyətlər Muzey üç mərtəbədən və bir yeraltı mərtəbədən ibarətdir. Dreyf Edən Buzlaq Təcrübəsi Otağında temperatur −15 °C-dir və burada 100 tona yaxın real dreyf edən buzlaq sərgilənir. Sərgi zalında Oxot dənizi, dreyf edən buzlaqlar, buzlaqların qlobal istiləşmə nəticəsində azalması, qütb buzlaqları, Kuril adaları və Amur çayının alternativ vəziyyətləri mövzularında məlumatlar verilir. Muzeyin teatrında quraşdırılmış beş ədən ekran vasitəsilə dreyf edən buzlaqların reallığa yaxın nümayişi yaradılmışdır. Birinci mərtəbədə muzeyin kafesi yerləşir. "Cafe de Clione" adlı bu kafedə Oxot dənizinin duzu ilə dadlandırılmış xüsusi dondurma servis olunur.
Muzey kompleksində Tento müşahidə məntəqəsinə yerləşir və buradan Oxot dənizinin buzlaqlarını, Abaşiri gölü, Notoro gölü, Tofutsu gölü, Mokoto gölü, Şirokoto sıradağlarını seyr etmək mümkündür. Tento dağından olan bu mənzərə 1938-ci ildə Yaponiyanın "mənzərəli gözəllik yeri" statusu almışdır.
Canlılar Muzeyin akvariumunda Oxot dənizinin dreyf edən buzlaqlarında yaşayan bəzi canlılar sərgilənir. Görünüşləri səbəbilə "dreyf edən buzlaqlar mələyi" adlandırılan klionalar muzeyin talismanlarından biridir. Bu canlılar buzlaqların formalaşdığı dövrdə Oxot dənizinə gəlirlər və Abaşiri sahillərində görünürlər. Muzeydə sərgilənən digər Oxot dənizi canlılarına fuusen balığı, atsumori balığı, şima-ebi daxildir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Abaşiri Kateqoriya:Hokkaydo prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı elm muzeyləri Kateqoriya:1985-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Oxot dənizi Kateqoriya:Buz