Qarabağ–İnter Milan 0:0 — UEFA Avropa Liqası 2014/2015 qrup mərhələsinin 6-cı turunda 11 dekabr 2014-cü ildə Bakıda keçirilmiş qarşılaşma. Oyundan əvvəl "Qarabağ" 5 xalla qrupda ikinci, "İnter Milan" 11 xalla birinci yerdə idi.

Arxa plan "Qarabağ" 2013-14 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olaraq UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. I təsnifat mərhələsində Maltanın "Valletta" klubunu mübarizədən kənarlaşdırıb. II mərhələdə Avstriyanın "Red Bull Zalsburq" klubuna məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirib. Bu mərhələdə Niderlandın "Tvente" klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"İnter Milan" İtaliya A seriyasının 2013-14 mövsümünü 5-ci yerdə başa vuraraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə İslandiyanın "Styarnan" klubunu məğlub edərək qrup mərhələsinə yüksəlib.

3 oktyabr 2014-cü ildə "Qarabağ" və "İnter" arasında Milanda keçirilmiş ilk oyunda "İnter" Danilo D'Ambrozio və Mauro İkardinin qolları ilə 2-0 hesabı ilə qələbə qazanmışdı.

Oyundan əvvəl Bu oyuna qədər "İnter" 11 xal toplayaraq növbəti mərhələyə vəsiqəni təmin etmişdi. "Qarabağ" qrupda 5 xalla ikinci pillədə idi. "Qarabağ" məğlub olacağı təqdirdə növbəti mərhələ şansını itirirdi. Oyunda heç-heçə olacağı halda isə qrupda keçirilən digər oyunun nəticəsindən asılı olaraq növbəti mərhələyə yüksələ bilərdi. "Dnepr"-"Sent-Etyen" oyunu da heç-heçə başa çatsa idi, "Qarabağ" ikinci pillənin sahibi kimi növbəti mərhələyə yüksələcəkdi. Qrupda vəziyyət aşağıdakı kimi idi:

Komanda İnter Milan FK11532062+4 Qarabağ FK5512235-2 Sent-Etyen FK55050220 Dnepr FK4511335-2

Oyun Oyun saat 21:00-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda başlayıb. Qarşılaşmanı 31200 azarkeş izləyib.

"İnter" bu oyuna qədər qrupda birinciliyi təmin etmişdi və oyuna əsasən daha az oynamaq şansı əldə edən və gənclərdən ibarət heyətlə çıxmışdı. Mançini komandanı 3-5-2 taktiki sxemi ilə meydana çıxarmışdı. Qurbanov isə 4-2-3-1 sxemini seçmişdi.

"Qarabağ" azarkeşlərinin böyük dəstəyi ilə oyunun ilk dəqiqələrində küncdən zərbələr vursa da, hesabı aça bilmədi.

Oyunun Oyunun 18-ci dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov sarı vərəqə alıb. 43-cü dəqiqədə "Qarabağ"ın hücumçusu Vüqar Nadirov zədələnərək oyunu davam etdirə bilməyib. Namiq Yusifov onun yerinə oyuna daxil olub. İlk hissə 0-0 hesabı ilə başa çatıb.

İkinci hissədə, 60-cı dəqiqədə Qurban Qurbanov daha bir futbolçunu əvəzləyib. Namiq Ələsgərovun əvəzinə oyuna İlqar Qurbanov daxil olub.

Matçın ikinci 45 dəqiqəsində üstünlük "Qarabağ"da olsa da, real qol vəziyyətləri az idi.

Oyunun ikinci hissəsinə əlavə edilmiş 4-cü dəqiqədə Riçard Almeyda uzaqdan "İnter"in qapısına zərbə vurdu, top "İnter"in futbolçusu Donkora toxunub qapıya daxil oldu, lakin yan xətt hakimi ofsayd qərarı verdi və baş hakim Miroslav Zelinka bu qolu qeydə almadı. Oyun 0-0 hesabı ilə başa çatıb.

Oyunun nəticələri

Q 13 İbrahim ŞehiçM 55 Bədavi HüseynovM 14 Rəşad Sadıqov (c)M 5 Maksim MedvedevM 25 Ansi AqolliYM 2 Qara QarayevYM 20 Riçard AlmeydaYM 99 Namiq Ələsgərov YM 41 Leroy CorcYM 10 Muarem MuaremH 17 Vüqar Nadirov Ehtiyat oyunçular:Q 1 Fərhad VəliyevM 3 Tərlan QuliyevYM 6 Hacı ƏhmədovM 7 Namiq Yusifov YM 18 İlqar Qurbanov M 4 Admir TeliYM 77 Cavid TağıyevBaş məşqçi: Qurban Qurbanov Q 30 Xuan Pablo KarrizoM 6 Marko Andreolli (k)M 14 Huqo KampaqnaroM 33 Danilo D'Ambrozio M 54 İsaak DonkorYM 90 Yann M`Vila YM 20 Coel Obi YM 25 İbrahima MbayeYM 44 Rene Krhin H 97 Federiko BonazzoliH 7 Dani OsvaldoEhtiyat oyunçular:Q 46 Tommaso BerniQ 95 David KostaM 24 Giacomo SciaccaM 93 Federico Dimarco YM 96 Andrea Palazzi H 92 Enrico Baldini Baş məşqçi: Roberto Mançini

Statistika +Oyunun statistikasıStatistikaQarabağİnter MilanQollar00Ümumi zərbələr69Çərçivəyə zərbələr33Qapıçı seyvləri13Topa yiyələnmə43 %57 %Küncdən zərbələr83Qayda pozuntuları1816Oyundan kənar vəziyyətlər23Sarı kartlar10Qırmızı kart00

Oyundan sonra Oyun 0-0 hesabı ilə başa çatdıqdan və paralel keçirilən "Dnepr"-"Sent-Etyen" qarşılaşmasında "Dnepr" 1-0 hesabı ilə qələbə qazandıqdan sonra qrupda "İnter" və "Dnepr"in növbəti mərhələyə keçdiyi rəsmiləşdi. Qrupda son vəziyyət aşağıdakı kimi oldu:

Komanda İnter Milan FK12633062+4 Dnepr FK7621345-1 Qarabağ FK6613235-2 Sent-Etyen FK5605023-1

Şikayət Oyun başa çatdıqdan sonra "Qarabağ" son dəqiqələrdə vurulan, amma sayılmayan qola görə UEFA-ya şikayət edib. 5 fevral 2015-ci ildə UEFA Nəzarət və Nizam-İntizam Komitəsinin iclasında bu məsələyə baxılıb. UEFA "Qarabağ"ın şikayətini qəbul etməyib, oyunun təkrar keçirilməməsi və hakimlərin cəzalandırılmaması qərara alınıb. "Qarabağ" klubu bu qərardan sonra appelyasiya şikayəti verib.

İstinadlar

Xarici keçidlər 20px|link=YouTube "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) 0-0 Geniş İcmal

Kateqoriya:Qarabağ FK Kateqoriya:2014-cü ildə futbol Kateqoriya:2014-cü ildə Azərbaycanda idman Kateqoriya:İnter Milan FK