Billboard 200 — Amerika Birləşmiş Ştatlarında nəşr olunan Billboard musiqi jurnalı tərəfindən hər həftə dərc olunan musiqi albomlarının siyahısıdır. Bu siyahı albom satışları əsasında hazırlanır. Albomların satışları hər həftənin bazar ertəsi hesablanmağa başlayır və həmin həftənin bazar günündə başa çatır. Daha sonra isə həmin həftə ən çox satılmış olan albom siyahının başında yerləşdirilir. Yeni siyahı hər həftənin cümə axşamı günündə elan edilir. Billboard 200 siyahısı dünyadakı ən mühüm musiqi siyahılarından biri hesab olunur.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı Joel Whitburn Presents the Billboard Albums, 6th edition, ISBN 0-89820-166-7
Xarici keçidlər
Billboard Top 200 siyahısında ilk 100-lük Billboard metodologiyası
Kateqoriya:Musiqi ilə əlaqəli siyahılar Kateqoriya:Billboard siyahıları