Ağdam (tarixi adı: Ağdam Ocaqlı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin adı rayonun ərazisindəki eyniadlı dağdan götürülmüşdür. 1917-ci ildə bu kəndin adı Ağdam Ocaqlı şəklində qeydə alınmışdır.

Tarixi Kənd Ermənistanla həmsərhəddir və buna görə də cəbhə xətti kəndin yaxınlığından keçir. Ermənistan ordusunun bölmələri kəndi daim atəş altında saxlayır və yanğınlar törədirlər. 2007-ci il oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonun Ağdam kəndi ilə sərhəddə güclü yanğınlar törədiblər. Yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi abidələri siyahısında olan "Alı dədə" abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əlinin türbəsi də yanıb.

2020-ci il iyul ayının 12-də başlayan Tovuz döyüşlərinin baş verdiyi kənddir.

Tarixi abidələri Ağdam kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5195Alı Dədə türbəsiXIX əsrAğdam kəndiMemarlıqYerli6053QəbiristanlıqOrta əsrlərAğdam kəndiArxeolojiYerli

Coğrafiyası və iqlimi Kənd Kiçik Qafqaz dağlarının ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199911095275822009↗1236↗604↗632

Tanınmış şəxsləri Süleyman Məmmədli (1948–2021) — Azərbaycana SSRİ dövründə ilk dəfə kikboksinqi, taekvondonu, karateni, Şərq əlbayaxa döyüş növlərini gətirən idmançı.

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Ağdam kənd kitabxana filialı və Ağdam poçt şöbəsi (AZ6038) fəaliyyət göstərir.

Təhsil Kənddə Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Ağdam kənd uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Ağdam kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Ağdam (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri